Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Əli Kərimlinin “Human Rights Watch” a ünvanladığı məktub üzə çıxdı ANALİZ

Əli Kərimlinin “Human Rights Watch” a ünvanladığı məktub üzə çıxdı ANALİZ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dövlətinin dünya miqyasında gücünün artması, mövqelərinin daha da möhkəmlənməsi daxili məkrli qüvvələrlə yanaşı, xarici qərəzli dairələri də ciddi narahat edir. Bu baxımdan tərəflər eyni fəaliyyət yolu tutmaqla Azərbaycanın beynəlxalq aləmdəki müsbət imicini ləkələməyə çalışırlar. Bəzən işbazlar sıralarına pulla ələ aldıqları mövqesiz jurnalistləri, maliyyə yardımları göstərməklə özlərindən asılı vəziyyətə saldıqları təşkilatları da cəlb edirlər. “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” , eləcə də “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi qondarma təşkilatlar və KİV təmsilçiləri daim Azərbaycana qarşı qərəzli hesabatlarla çıxış edir, şər və böhtandan ibarət informasiyalar paylaşırlar. Sözügedən üzdəniraq təşkilatların və media mənsubların əsas hədəfə aldıqları sahə guya Azərbaycanda “insan hüquqları pozulur”, “mətbuat azad deyil”, “siyasi məhbus”lar mövcuddur və bu kimi özlərindən uydurduqları məsələlərdir. Halbuki bu kimi iddiaların hamısı yalan üzərində qurulub və heç bir fakta söykənmir. Səthi araşdıranda məlum olur ki, bu kimi şər və böhtanların yayılmasının kökündə ermənipərəst şəbəkənin göstərişi və maraqları dayanır. Bu kimi açıq formada nümayiş etdirilən qərəz bir daha təsdiq edir ki, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi təşkilatlar islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldurlar. "Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi təşkilatların söz və fikir azadlığından, insan hüquqlarına münasibətdən danışmaları gülünc və istehza doğurur. Çünki onların bağlandıqları və maliyyə yardımları aldıqları ölkələrdə ciddi mətbuat azadlığı problemləri mövcuddur, addımbaşı insan hüquqları kobud şəkildə pozulur.

Qərəzli hesabatların məlumat bazası Əli Kərimli və Cəmil Həsənlinin ünvanladıqları məktublara əsaslanır

Faktlara istinadən demək olar ki, Avropaya üz tutan Asiyanın, Afrikanın insanları orada təqib olunur, döyülür, zorakılığa məruz qalırlar. Bunu aparılan araşdırmalar və müstəqil sorğu mərkəzləri də təsdiq edirlər. Afrikadan və Asiyadan Avropaya bu və digər səbəbdən Avropaya gedən insanların 55 faizi qeyd edirlər ki, Avropa ölkələrində, xüsusilə Fransa, Almaniya və Niderlanda onlara qarşı zorakılıq hallarına yol verilir, 37 faizi deyir ki, irqi diskriminasiyanın qurbanı olub. Bununla məlum olur ki, Avropa ölkələrində diskriminasiya və nasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Almaniyada yaşayan türklərin 52 faizi, balkan əsillilərin isə 46 faizi hesab edir ki, bu ölkədə ksenofobiya “çox yüksək səviyyədə inkişaf edir”. Diqqətçəkən, həm də təəssüf doğuran hal ondan ibarətdir ki, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi üzdəniraq ermənipərəst təşkilatlara Azərbaycanın iç məsələləri ilə qərəzli, şər və böhtandan ibarət olan məlumatların çatdırılmasında “Milli Şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli xüsusi fəallıq nümayiş etdirirlər. Düzdür, onları bu kimi əməkdaşlığa sövq edən Avropanın və ABŞ-ın donor təşkilatlarıdır. Ancaq nəzərə almaq lazımdır ki, Əli Kərimli və Cəmil Həsənli 70 yaşı haqlamaqdadılar. Yəni kifayət qədər yaşları və özlərinin iddia etdiklərinə görə, içi dolu başları var. Təcrübəyə əsaslanaraq demək olar ki, belə yaşda və başda olan insanları hansısa cinayət işinin törədilməsinə və ya qərəzli mövqe sərgiləməyə məcbur etmək çətindir. İstək və arzu belə hadisələrin icra edilməsini gerçəkləşdirə bilər. Deməli, Ə.Kərimli və C.Həsənli öz istəkləri ilə ermənipərəst dairələrlə, o cümlədən də “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi şeytan yuvaları hesab edilən təşkilatlarla əməkdaşlıq edirlər. Azərbaycanda möhtəşəm şəkildə başa çatan COP29 konfransı ərəfəsi AXCP sədri Əli Kərimlinin imzası ilə “Human Rights Watch”ə ünvanladığı məktub açıq görünən suallara əsaslı cavab verir. Ə.Kərimlinin 2024-cü il oktyabrın 29-da “Human Rights Watch”in baş ofisinə göndərdiyi məktubda Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində problemlərin olduğunu, mətbuatın sərbəst fəaliyyət göstərməsi üçün əngəllər yaradıldığını, müstəqil vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyət göstərməsinə maneələrin törədildiyini, Qarabağa erməni əhalisinin köçürülməsinə imkan verilmədiyi iddia edilib. Məhz Ə.Kərimlinin uydurmalarla zəngin olan məktubundan sonra “Human Rights Watch” COP29 konfransı ilə bağlı əsassız ittiham xarakterli hesabatla çıxış etmişdir. Hətta “Human Rights Watch” “hesabat”ını bir qədər də genişləndirərək, özünün ənənəvi yalan və böhtanlarını da əlavə etmişdir. Bütün bu kimi qarayaxmalar, xüsusilə də Ə.Kərimlinin ifrat dərəcədə böhtan xarakterli məktubuna əsaslanaraq Azərbaycana qarşı ittihamlar səsləndirməsi bu təşkilatın fəaliyyətinin qərəz üzərində qurulduğunu göstərir.

2024-cü il noyabr və dekabr ayları ərzində Milli Şura və AXCP-yə 115 min ABŞ dolların verilməsi müəmmalı suallar yaradır

Əli Kərimlinin “Human Rights Watch”ə Azərbaycanın iç məsələlərinə dair yalan və böhtan üzərində qurulan məktub ünvanlanması bir o qədər təəccüb doğurmur. Çünki bu şəxsin siyasətdə ömür sürməsi məhz xarici qaranlıq dairələrlə əməkdaşlıq etməsi ilə mövcudluğunu saxlayıb. Əks halda o, çoxdan tarixin zibilliyinə atılmışdır. Qurduğu əməkdaşlıq və üzərinə götürdüyü öhdəliklərlə siyasi arenada varlığını saxlamaqla yanaşı, özünə və ətrafında olan trollara böyük məbləğdə maliyyə vəsaitləri qazandırıb. Mütəmadi olaraq Ə.Kərimlinin və C.Həsənlinin xaricdəki maliyyə fondlarından maliyyə vəsaitləri alması ilə bağlı tutarlı və əsaslı faktlar üzə çıxır. Dünən daha bir məlumat aldıq ki, Ə.Kərimli və C.Həsənli Milli Şura və AXCP adı ilə 2024-cü il noyabr və dekabr ayları ərzində ABŞ və Avropanın maliyyə institutlarından ümumilikdə 115 min ABŞ dolları alıblar. Həmin vəsaitlərin alınmasında “Human Rights Watch” Norveç bölməsinin nümayəndəliyi müəyyən fəallıq göstərib. Maliyyə vəsaiti Türkiyənin İstanbul şəhərindəki “Ziraat” Bank vasitəsi ilə əldə edilib. Pulları Azərbaycan vətəndaşı olan və tez-tez Türkiyəyə səfərlər edən Seymur Həzi və Türkiyə vətəndaşı olan Acun Bayak götürüb və Əli Kərimliyə çatdırıblar. Ehtimal olaraq qeyd etmək olar ki, ayrılan maliyyə vəsaitləri COP29 konfransı ərəfəsi C.Həsənlinin və Ə. Kərimlinin pozuculuq fəaliyyətlərini artırılması üçün ödənilib. Ola bilsin ki, vəsaitin məbləği 115 min dollardan çox olsun. Gürcüstan, Ukrayna və Moldaviya vasitəsi ilə pulların əldə edilməsi mümkündür. Çünki bir neçə dəfə sözügedən ölkələr üzərindən Ə.Kərimlinin və C.Həsənlinin maliyyə vəsaitləri almaları barədə faktlar aşkarlanmışdır. Hətta bir neçə dəfə Ə.Kərimliyə Gürcüstan vasitəsi ilə maliyyə vəsaitinin çatdırılması prosesinin həyata keçirilməsi zamanı Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılığı həyata keçirənlər həbs edilmişlər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri