Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmazda iki il əvvəl gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanı öldürməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov həbs olunub.Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.Bildirilib ki, həyata keçirilən tədbirlərlə 2023-cü il iyulun 18-də Xəqani Rəhmətovun Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirməsinə, daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürməsinə, fiziki zor tətbiq edərək arxaya itələyib yıxmasına, bir neçə saat sonra həmin yerə qayıtdıqda sonuncunun öldüyünü aşkar etməsinə və meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə aparmasına, eləcə də meyiti və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, belə hadisələr adətən böyük şəhərlərdə, insanların çox məskunlaşdığı ərazilərdə baş verir:“Rayonlarda bu cür hadisələrə şəhərlərdən az təsadüf olunsa da, lakin fakt odur ki, hadisə baş verib.
Bizim cəmiyyətimizdə zorakılığa qarşı həssas bir mövqe var. Yəni törədilən istənilən zorakılıq hadisəsi hər zaman cəmiyyət üzvləri tərəfində
Söz yox ki, Xaçmazda iki il əvvəl baş verən, həm də gözdən əlil qadına qarşı törədilən hadisə də cəmiyyətin hər biri üzvü tərəfindən lənətlə
Bu cür hadisələrin kökündə psixoloji vəziyyətin qeyri-sağlam olması, acgözlük və cinayətə meyllilik dayanır.
Hesab edirəm ki, gözdən əlil qadına qarşı zorakılıq edən şəxsin psixoloji vəziyyəti normal deyil.
Yox, əksinə, normal insandırsa, deməli, hadisəni talançılıq məqsədi ilə törədib.