Icma.az
close
up
RU
“Əlilə qarşı zorakılıq ikiqat cinayətdir!” Sosioloqdan REAKSİYA

“Əlilə qarşı zorakılıq ikiqat cinayətdir!” Sosioloqdan REAKSİYA

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmazda iki il əvvəl gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanı öldürməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov həbs olunub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə 2023-cü il iyulun 18-də Xəqani Rəhmətovun Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirməsinə, daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürməsinə, fiziki zor tətbiq edərək arxaya itələyib yıxmasına, bir neçə saat sonra həmin yerə qayıtdıqda sonuncunun öldüyünü aşkar etməsinə və meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə aparmasına, eləcə də meyiti və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, belə hadisələr adətən böyük şəhərlərdə, insanların çox məskunlaşdığı ərazilərdə baş verir:


“Rayonlarda bu cür hadisələrə şəhərlərdən az təsadüf olunsa da, lakin fakt odur ki, hadisə baş verib. Bizim cəmiyyətimizdə zorakılığa qarşı həssas bir mövqe var. Yəni törədilən istənilən zorakılıq hadisəsi hər zaman cəmiyyət üzvləri tərəfindən ürək yanğısı ilə qarşılanır və ictimai qınağa çevrilir. Söz yox ki, Xaçmazda iki il əvvəl baş verən, həm də gözdən əlil qadına qarşı törədilən hadisə də cəmiyyətin hər biri üzvü tərəfindən lənətlənir və pislənir. Bu cür hadisələrin kökündə psixoloji vəziyyətin qeyri-sağlam olması, acgözlük və cinayətə meyllilik dayanır. Hesab edirəm ki, gözdən əlil qadına qarşı zorakılıq edən şəxsin psixoloji vəziyyəti normal deyil. Yox, əksinə, normal insandırsa, deməli, hadisəni talançılıq məqsədi ilə törədib.  Təbii ki, hüquq-mühafizə orqanları artıq cinayətkarı saxlayıb və onun haqqında cinayət işi açılaraq hadisənin necə baş verməsi araşdırılaraq son qərarı da onlar verəcək. Lakin düşünürəm ki, qadını öldürən şəxsin cəzası ikiqat olmalıdır: birinci, törətdiyi əmələ görə. İkincisi isə bu əməli məhz gözdən əlil qadına qarşı etdiyinə görə. Cəmiyyətimizə, milli dəyərlərimizə yamaq olan bu cür cinayətkar ünsürlərə ar olsun. Bu xalqın dəyərlərində qadına əl qaldırmaq bağışlanmaz haldır. Hələ sağlamlıq imkanı məhdud olan qadına zorakılıq tətbiq etmək, bu, əsla bağışlanmazdır. Odur ki, cinayətkar cəzasını layiq olduğu şəkildə çəkməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri