Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. Əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi hər bir cəmiyyətin sosial ədalə
AzPost bildirir ki, Azərbaycan qanunvericiliyi əlilliyi olan şəxslərə geniş hüquqlar verir: təhsil, əmək, sosial müdafiə, tibbi xidmət və in
Lakin reallıqda bu hüquqların tam şəkildə həyata keçirilməsi hələ də ciddi suallar doğurur.
Ən çox rast gəlinən problemlərdən biri fiziki mühitin əlçatan olmamasıdır.
Şəhər və kəndlərdəki ictimai binalar, nəqliyyat vasitələri, səkilər və keçidlər əksər hallarda əlil arabasında olan şəxslər üçün uyğunlaşdırılmayıb.
Bu isə onların gündəlik həyata aktiv şəkildə qoşulmasına ciddi əngəllər yaradır.
Digər tərəfdən, işəgötürənlərin böyük hissəsi hələ də əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməkdən çəkinir.
Qanunla kvotalar nəzərdə tutularaq müəyyən sayda əlilliyi olan şəxsin işə qəbul edilməsi tələb olunsa da, bu göstəricilərə əməl edən müəssisələrin sayı azdır.