Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilən yaradıcılıq-sərgi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi akademiyanın muzey-sərgi kompleksində təşkil olunub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, münsiflər heyətinin sədri, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və başqaları iştirak ediblər.
H.Abdullayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
Qeyd olunub ki, belə bir ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkili də əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olmaqla, onların yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır.
Sərgi-müsabiqədə Bakı və bölgələr üzrə 195 nəfər əlilliyi olan şəxsin 2 min 500 əl işi təqdim edilib.
Onların sırasına rəsm, bədii oyma, bədii tikmə əsərləri, xalça və xalçaçılıq məmulatları, toxuma, metal və daş üzərində işlər və s.