Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgimüsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib AZƏRTAC

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgimüsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilən yaradıcılıq-sərgi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi akademiyanın muzey-sərgi kompleksində təşkil olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, münsiflər heyətinin sədri, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və başqaları iştirak ediblər.

H.Abdullayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

Qeyd olunub ki, belə bir ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkili də əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olmaqla, onların yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Sərgi-müsabiqədə Bakı və bölgələr üzrə 195 nəfər əlilliyi olan şəxsin 2 min 500 əl işi təqdim edilib. Onların sırasına rəsm, bədii oyma, bədii tikmə əsərləri, xalça və xalçaçılıq məmulatları, toxuma, metal və daş üzərində işlər və s. daxildir.

Tədbirdə yaradıcılıq nümunələrinin münsiflər heyəti tərəfindən 11 nominasiya üzrə qiymətləndirilməsi aparılıb. I, II, III yerləri tutan iştirakçılara - ümumilikdə 33 qalibə diplom və mükafatlar, sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Əl işlərinin satış-sərgisi dekabrın 6-dək Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri