Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri iştirak ediblər
AYNA xəbər verir ki, bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, əvvəlcə ədibin abidəsi önünə əklillər qoyulub və gül dəstələri düzülüb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Əfəndiyeva çıxış edərək böyük söz ustadı Əlişir Nəvainin həyat və yaradıcılığından ətraflı danışıblar.
Qeyd olunub ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətəni kimi qəbul edilir.
Nəvaişünas alimlərimiz tərəfindən görkəmli ədibin yaradıcılığı ilə bağlı ölkəmizdə geniş tədqiqatlar aparılıb, əsərləri çap olunub.
Xalqımız böyük söz ustadının yaradıcılığını sevərək oxuyub. Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə olduğu kimi, elm s
Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun t
Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olub.