Icma.az
close
up
RU
Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət olunub

Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət olunub

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri iştirak ediblər

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cü ildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsi ziyarət olunub. AYNA xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.

Qeyd olunub ki, əvvəlcə ədibin abidəsi önünə əklillər qoyulub və gül dəstələri düzülüb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Əfəndiyeva çıxış edərək böyük söz ustadı Əlişir Nəvainin həyat və yaradıcılığından ətraflı danışıblar.

Qeyd olunub ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətəni kimi qəbul edilir. Nəvaişünas alimlərimiz tərəfindən görkəmli ədibin yaradıcılığı ilə bağlı ölkəmizdə geniş tədqiqatlar aparılıb, əsərləri çap olunub. Xalqımız böyük söz ustadının yaradıcılığını sevərək oxuyub.

Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğurlu inkişafı xüsusi vurğulanıb, iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasına mühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun türkoloq alimləri iştirak ediblər.

Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olub. Onun şeirləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunub, məşhur türk şairləri onu örnək bilib, təriflər yazıblar. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Əlişir Nəvai elmi, sənəti, türkçülüyü və təsirləri ilə özünəməxsus mühüm yer tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Fevral 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri