Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev Qazaxıstanda keçirilən mətbuat konfransında Zəngəzur dəhlizinin təqribən 2028-ildə açıla biləcəyini söyləyib.
Dövlət başçısı Azərbaycan ərazisində bütün nəqliyyat və dəmir yolu əlaqələrinin gələn ilin ortalarına qədər tamamlanacağını qeyd edib.
Onun sözlərinə görə, digər ölkələrin ərazisində işlərin sürətlə yekunlaşması halında, dəhlizin 2028-ci ildə açılması mümkündür.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidentin dəhlizlə bağlı açıqlaması regionun geosiyasi gələcəyinə dair mühüm mesajlar verir: “Dövlət başçısının sözlərinə görə, Azərbaycanın öz ərazisində bütün nəqliyyat və dəmir yolu əlaqələrinin gələn ilin ortalarına qədər tamamlanması planlaşdırılır.
Bu, ölkəmizin üzərinə düşən texniki və infrastruktur öhdəliklərin tam yerinə yetirilməsini təmin edəcək.
Lakin dəhlizin tam fəaliyyətə başlaması üçün regiondakı digər ölkələrin, xüsusilə Ermənistanın ərazisində aparılacaq işlər həlledici əhəmiyyət kəsb edir.
Bu kontekstdə sual yaranır: Ermənistan tərəfinin bu müddətdə zəruri siyasi və hüquqi addımları ataraq texniki işləri başa çatdırması nə dərəcədə realdır?