Icma.az
close
up
RU
Əliyev dəqiq hesabladı: Ermənilər bunu üç ildə iki dəfə yaşayacaq Regionda İLK

Əliyev dəqiq hesabladı: Ermənilər bunu üç ildə iki dəfə yaşayacaq Regionda İLK

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Qazaxıstanda keçirilən mətbuat konfransında Zəngəzur dəhlizinin təqribən 2028-ildə açıla biləcəyini söyləyib. Dövlət başçısı Azərbaycan ərazisində bütün nəqliyyat və dəmir yolu əlaqələrinin gələn ilin ortalarına qədər tamamlanacağını qeyd edib.

Onun sözlərinə görə, digər ölkələrin ərazisində işlərin sürətlə yekunlaşması halında, dəhlizin 2028-ci ildə açılması mümkündür.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidentin dəhlizlə bağlı açıqlaması regionun geosiyasi gələcəyinə dair mühüm mesajlar verir:

“Dövlət başçısının sözlərinə görə, Azərbaycanın öz ərazisində bütün nəqliyyat və dəmir yolu əlaqələrinin gələn ilin ortalarına qədər tamamlanması planlaşdırılır. Bu, ölkəmizin üzərinə düşən texniki və infrastruktur öhdəliklərin tam yerinə yetirilməsini təmin edəcək. Lakin dəhlizin tam fəaliyyətə başlaması üçün regiondakı digər ölkələrin, xüsusilə Ermənistanın ərazisində aparılacaq işlər həlledici əhəmiyyət kəsb edir.

Bu kontekstdə sual yaranır: Ermənistan tərəfinin bu müddətdə zəruri siyasi və hüquqi addımları ataraq texniki işləri başa çatdırması nə dərəcədə realdır?

Vaşinqtonda Bakı və İrəvan arasında sülh sazişinin müddəalarının paraflanması və bəyannamə səviyyəsində razılıq əldə olunması münaqişədən sonrakı mərhələdə mühüm dönüş nöqtəsi hesab olunur. Lakin bu, yekun sənədin, yəni sülh sazişinin imzalanması ilə eyniləşdirilə bilməz. Ermənistan konstitusiyasında hələ də ölkənin müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar mövcuddur. Bu müddəaların çıxarılması yalnız referendum yolu ilə ola bilər.

Belə olan halda, Zəngəzur dəhlizinin hüquqi-siyasi əsasının formalaşması birbaşa Ermənistanın daxili hüquqi prosedurlarının tamamlanmasından asılıdır. Çünki ölkənin Konstitusiyasında dəyişiklik edilmədən Azərbaycanla sülh sazişinin imzalanması və onun icrası mümkün deyil”.

Deputat bildirib ki, Ermənistan qanunvericiliyinə görə, bu ölkədə hər hansı seçkidən əvvəlki və sonrakı bir il müddətində başqa seçki yaxud referendum keçirilə bilməz:

“Parlament seçkilərinin 2026-cı ildə keçirilməsi nəzərdə tutulduğuna görə, 2025-ci ilin ortalarından 2027-ci ilin ortalarına qədər referendum təşkil etmək mümkün deyil. Beləliklə, Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəaların çıxarılması, real hüquqi baxımdan, ən tez 2027-ci ilin sonu – 2028-ci ilin əvvəllərinə təsadüf edə bilər. Bu fakt Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin 2028-ci ildə hazır olacağı ilə bağlı fikirlərinin siyasi-hüquqi əsasını izah edir. Belə demək mümkündür ki, Prezidentin açıqladığı tarix yalnız infrastruktur baxımından deyil, həm də regional hüquqi və diplomatik proseslərin təbii zaman çərçivəsinə əsaslanır.


Elçin Mirzəbəyli

Azərbaycan öz ərazisində Horadiz-Ağbənd dəmir yolu xəttinin və avtomobil magistralının inşasını 2025-ci ilin ortalarınadək tamamlamağı planlaşdırır. Bu, Zəngilan və Ordubad istiqamətində geniş logistika sisteminin formalaşmasını təmin edəcək. Lakin dəhlizin real fəaliyyətə başlaması üçün Ermənistanın da öz ərazisindən keçəcək hissədə analoji infrastruktur layihələrini həyata keçirməsi zəruridir.

Ermənistan hökumətinin iqtisadi imkanları, siyasi iradə çatışmazlığı və daxili ictimai rəydəki ziddiyyətlər nəzərə alınarsa, bu işlərin tez bir zamanda başa çatdırılması olduqca çətin görünür. Həmçinin Ermənistanın xarici siyasətindəki qeyri-müəyyənlik, xüsusilə Qərb və Rusiya arasında tərəddüd etməsi layihənin icrasına əlavə risklər yaradır”.

E.Mirzəbəylinin sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də Türkiyə, Rusiya, İran və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır:

“Bu layihə “Orta Dəhliz”in mühüm tərkib hissəsidir və Avrasiyada ticarət yollarının qısalmasına, enerji və logistika xətlərinin şaxələnməsinə xidmət edir. 2028-ci ilədək dəhlizin tam istifadəyə verilməsi regionun iqtisadi inteqrasiyası, həm də siyasi sabitliyi baxımından yeni mərhələ olacaq. Ermənistan üçünsə bu, uzun illər davam edən izoliyasiyadan çıxmaq imkanı yaradır. Lakin prosesin reallaşması yalnız hüquqi maneələrin aradan qaldırılması və sülh sazişinin tam imzalanması ilə mümkündür.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi ilə bağlı bəyanatı təkcə texniki planlamanın nəticəsi deyil, həm də siyasi və hüquqi reallıqların analitik qiymətləndirilməsidir. Ermənistanın Konstitusiya dəyişiklikləri, referendum məhdudiyyətləri və sülh sazişinin imzalanması prosesi nəzərə alındıqda, bu tarix real və əsaslandırılmış zaman çərçivəsi kimi dəyərləndirilə bilər.

O baxımdan, Zəngəzur dəhlizinin açılması yalnız regional nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və yeni geosiyasi nizamın təməli olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri