Əliyevdən Azərbaycanın taleyini dəyişən qərar Böyük prosesin əsası belə qoyuldu | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Hər xalqın tarixində elə simalar var ki, onlar təkcə siyasi lider deyil, həm də milli ideyanın daşıyıcısına çevrilirlər.
Azərbaycan üçün bu sima Ümummilli Lider Heydər Əliyevdir. Onun fəaliyyəti yalnız bir dövlət başçısının uğurları ilə ölçülmür.
O, həm də azərbaycançılıq ideyasının siyasi və mənəvi platformasını yaradan şəxsdir.
Məhz buna görə Heydər Əliyevin siyasi irsi təkcə keçmiş deyil, həm də bu gün və gələcək üçün mayak rolunu oynayır.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı, əslində, təkcə siyasi sabitliyin deyil, milli kimliyin də xilası idi.
Azərbaycan Sovet İttifaqının süqutundan sonra yalnız fiziki yox, ideoloji parçalanma ilə də üz-üzə qalmışdı.
Kimliyimiz, milli ideallarımız və strateji yönümüz sual altına düşmüşdü.
Tam oxu
Xəbəri oxu