Icma.az
close
up
RU
Əliyevdən Azərbaycanın taleyini dəyişən qərar Böyük prosesin əsası belə qoyuldu

Əliyevdən Azərbaycanın taleyini dəyişən qərar Böyük prosesin əsası belə qoyuldu

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər xalqın tarixində elə simalar var ki, onlar təkcə siyasi lider deyil, həm də milli ideyanın daşıyıcısına çevrilirlər. Azərbaycan üçün bu sima Ümummilli Lider Heydər Əliyevdir. Onun fəaliyyəti yalnız bir dövlət başçısının uğurları ilə ölçülmür. O, həm də azərbaycançılıq ideyasının siyasi və mənəvi platformasını yaradan şəxsdir. Məhz buna görə Heydər Əliyevin siyasi irsi təkcə keçmiş deyil, həm də bu gün və gələcək üçün mayak rolunu oynayır.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı, əslində, təkcə siyasi sabitliyin deyil, milli kimliyin də xilası idi. Azərbaycan Sovet İttifaqının süqutundan sonra yalnız fiziki yox, ideoloji parçalanma ilə də üz-üzə qalmışdı. Kimliyimiz, milli ideallarımız və strateji yönümüz sual altına düşmüşdü. Milli mənəvi dəyərlər aşınır, cəmiyyətin inteqral vəhdəti zəifləyirdi. Məhz belə bir zamanda Heydər Əliyev “azərbaycançılıq” ideyasını dövlət ideologiyası səviyyəsinə yüksəldərək, ölkənin həm daxili, həm də beynəlxalq siyasətinə milli ruh gətirdi.

Azərbaycançılıq, Heydər Əliyev üçün sadəcə milli hiss deyildi, həm də bir dövlət quruculuğu fəlsəfəsi idi. Bu ideya müxtəlif etnik, dini və mədəni qrupları bir bayraq altında birləşdirmək gücünə malik idi. Onun çıxışlarında, siyasətində və qərarlarında bu prinsip açıq şəkildə hiss olunurdu: “Mən hər bir azərbaycanlının prezidentiyəm” deyimi sadəcə siyasi ritorika deyil, onun milli həmrəylik anlayışının bünövrəsidir. Bu ifadə azərbaycançılığın inklüziv təbiətini, vətəndaş birliyini və milli vəhdəti simvolizə edirdi.

Təhsil sahəsində milli dəyərlərin qorunması, tarixi şəxsiyyətlərin yenidən tanıdılması, müstəqil mədəniyyət siyasətinin formalaşdırılması – bütün bu istiqamətlərdə Heydər Əliyevin atdığı addımlar azərbaycançılıq ruhunun sistemli şəkildə dövlət institutlarına nüfuzunu təmin etdi. Ulu Öndər gənclərə səslənərək milli kimliyin və mənəvi mirasın qorunmasının zəruriliyini dönə-dönə vurğulayırdı. O, təhsilin yalnız texniki və bilik yönümlü deyil, milli ruhda olmasının vacibliyini xüsusi qeyd edirdi.

Mədəniyyət və tarix siyasəti vasitəsilə o, milli kimliyi möhkəmləndirdi, Azərbaycanın yüzilliklərə dayanan zəngin irsini yeni nəsillərə çatdırmağa çalışdı. Şuşanın və bütövlükdə Qarabağın Azərbaycan mədəniyyətindəki yerini daim önə çəkən Heydər Əliyev üçün milli irs sadəcə keçmişin xatirəsi deyil, gələcəyin bünövrəsi idi. Bu yanaşma həm də milli qürur duyğusunu, özünüdərki və tarixi yaddaşı gücləndirirdi.

Xarici siyasətdə isə Heydər Əliyev azərbaycançılıq ideyasını geosiyasi bir kimlik kimi təqdim etdi. O, ölkəmizin yalnız coğrafi deyil, siyasi və mədəni baxımdan da Qafqazın aparıcı gücü olduğunu beynəlxalq aləmə nümayiş etdirdi. Xüsusilə enerji diplomatiyasında Azərbaycanın milli maraqlarını qorumağı regional güclərlə əməkdaşlıqdan üstün tutaraq, dövlətin müstəqilliyini beynəlxalq səviyyədə təsdiqlədi. Bakı–Tbilisi–Ceyhan və Bakı–Supsa kimi layihələr onun uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycanı enerji xəritəsində strateji bir mərkəzə çevirdi.

Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurlar, istər ordu quruculuğu, istər beynəlxalq mövqe, istərsə də milli birlik baxımından Heydər Əliyevin qoyduğu ideoloji və institusional təməllərin nəticəsidir. Onun siyasi mirası təkcə keçmişə aid deyil  gələcəyə yönəlikdir. Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu xətt, müasir dövrdə azərbaycançılığın həm suverenlik, həm də milli identiklik baxımından qorunduğunu göstərir. Bu miras İkinci Qarabağ müharibəsinə qazanılan tarixi zəfərlə öz real gücünü bir daha sübut etmiş oldu.

Heydər Əliyev özü dəfələrlə vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir.” Bu ifadə yalnız hüquqi aktın deyil, milli ruhun, azərbaycançılıq ideyasının təntənəsidir. Onun azərbaycançılığı milli birləşdirici konsepsiya kimi təqdim etməsi və bu ideyanı dövlətçilik fəlsəfəsinin mərkəzinə qoyması tarixi uğurdur.

Bugünkü Azərbaycan, Heydər Əliyevin arzuladığı milli birlik və dövlət gücü idealına doğru irəlilədikcə, ümumilli liderin adı sadəcə tarixdə deyil, hər bir azərbaycanlının qəlbində də yaşayır. Çünki o, sadəcə bir prezident deyildi, Azərbaycan ideyasının özü idi. Ulu öndərin fəaliyyəti, irsi və yaratdığı milli ideya nəsildən-nəslə ötürülərək yaşamağa davam edəcəkdir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycançılıq ideyasının təbliği


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri