Əliyevdən Moskvaya Şuşa mesajı: Qafqazda ünvan dəyişdi Yeni TARİX | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Azərbaycan Prezidenti İlham Əliyevin 9-10 may tarixlərində Qarabağa, xüsusilə də Şuşa
Son illərdə Prezidentin məhz bu tarixlərdə Şuşada olması artıq bir ənənəyə çevrilib. Lakin builki səfər fərqli kontekstdə baş tutdu.
Dövlət başçısı Moskvada 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən ənənəvi parada qatılmaqdan imtina edərək edərək Şuşaya getdi.
Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin bu addımı həm Rusiya, həm də regiona ünvanlanan açıq siyasi mesajdır.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin sözügedən tarixlərdə Qarabağa, əsasən Şuşaya səfər etməsi artıq bir ənənə halını alıb: “Bu bir ənənə olmaqla yanaşı, eyni zamanda Azərbaycanın geosiyasi prioritetlərinin artıq dəyişməkdə olduğunun real göstəricisidir.
Məsələ ondadır ki, əvvəllər Moskva ilə münasibətləri balanslı şəkildə yürütmək üçün qələbə paradında yüksək səviyyədə iştirak edilirdi.
Bu, bir növ diplomatik jest idi. Prezident indi Qarabağda, konkret olaraq Şuşada bu günü qeyd edərək, “Biz artıq tariximizi öz torpağımızda
Hesab edirəm ki, qələbənin yeni ünvanı artıq Şuşadır. Rusiya isə Azərbaycan üçün prioritetli tərəfdaş olsa da, həlledici güc deyil.
Tam oxu
Xəbəri oxu