Icma.az
close
up
RU
Əliyevdən Moskvaya Şuşa mesajı: Qafqazda ünvan dəyişdi Yeni TARİX

Əliyevdən Moskvaya Şuşa mesajı: Qafqazda ünvan dəyişdi Yeni TARİX

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyevin 9-10 may tarixlərində Qarabağa, xüsusilə də Şuşaya səfəri diqqət çəkdi. Son illərdə Prezidentin məhz bu tarixlərdə Şuşada olması artıq bir ənənəyə çevrilib.

Lakin builki səfər fərqli kontekstdə baş tutdu. Dövlət başçısı Moskvada 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən ənənəvi parada qatılmaqdan imtina edərək edərək Şuşaya getdi.

Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin bu addımı həm Rusiya, həm də regiona ünvanlanan açıq siyasi mesajdır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin sözügedən tarixlərdə Qarabağa, əsasən Şuşaya səfər etməsi artıq bir ənənə halını alıb:

“Bu bir ənənə olmaqla yanaşı, eyni zamanda Azərbaycanın geosiyasi prioritetlərinin artıq dəyişməkdə olduğunun real göstəricisidir. Məsələ ondadır ki, əvvəllər Moskva ilə münasibətləri balanslı şəkildə yürütmək üçün qələbə paradında yüksək səviyyədə iştirak edilirdi. Bu, bir növ diplomatik jest idi. Prezident indi Qarabağda, konkret olaraq Şuşada bu günü qeyd edərək, “Biz artıq tariximizi öz torpağımızda yazırıq”, – mesajını verir.

Hesab edirəm ki, qələbənin yeni ünvanı artıq Şuşadır. Rusiya isə Azərbaycan üçün prioritetli tərəfdaş olsa da, həlledici güc deyil. Bu, Moskvanın Cənubi Qafqaz siyasətindəki təsir imkanlarının məhdudlaşmasının bariz təzahürüdür”.


Qabil Hüseynli

Politoloqun sözlərinə görə, İlham Əliyev bir daha Azərbaycanın artıq postsovet məkanında “itaətkar oyunçu” olmadığını sübut etdi:

“Rusiya istədiyi zaman status-kvonu dəyişdirə bilməz. Üstəlik, Moskvadakı paradın bir simvol kimi mahiyyəti də Azərbaycan üçün artıq keçmişdə qalıb. Əvəzində Şuşadakı Zəfər yolu, azad edilmiş torpaqlarda tikilən məktəblər, hava limanları Azərbaycanın yeni geosiyasi kimliyinin və suveren yanaşmasının təzahürüdür.

Azərbaycan Prezidentinin Şuşadakı varlığı sadəcə ziyarət deyil, strateji mövqedir. Bu, beynəlxalq güclərə verilən mesajdır ki, Bakı artıq geopolitik cəbhədə öz ssenarisi ilə hərəkət edir və bu ssenaridə Rusiya daha əvvəlki qədər mərkəzdə deyil”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri