Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin vurulması ilə bağlı sığorta ödənişlərinin həyata keçirildiyini bəyan etdi.
Həmin açıqlamada hadisə ilə bağlı “kompensasiya məsələsinin artıq həll olunduğu” təəssüratı yaradılırdı.Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanata cavab verdi.
Rəsmi Bakı bildirdi ki, sığorta ödənişi ilə dövlətlərarası kompensasiya məsələsinin eyniləşdirilməsi düzgün deyil və ictimaiyyəti çaşdırır.
Həmçinin əlavə olunub ki, sığorta ödənişləri prosesi artıq 6 aydır həyata keçirilir.Amma burada sual yaranır: Rusiya niyə məhz indi – 6 aydan sonra belə bir məlumat yayır?
Məqsəd nədir?Politoloq Zaur İbrahimlinin fikrincə, Rusiya bu bəyanatla məsuliyyətdən yayınmağa çalışır və beynəlxalq ictimai rəyə "məsələ artıq həll olunub" siqnalı vermək istəyir."Ən vacib məsələ Rusiya tərəfinin öz məsuliyyətini etiraf etməsidir.
Biz görürük ki, Rusiya söz oyunlarından istifadə edərək hüquqi məsuliyyəti üzərindən atır.
Mütəxəssislər bildirirlər ki, kompensasiyanın miqdarı hüquqi məsuliyyətin üzərinə götürülməsi ilə sıx bağlıdır.