Icma.az
close
up
RU
Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı Putindən geriyə addım

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı Putindən geriyə addım

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin vurulması ilə bağlı sığorta ödənişlərinin həyata keçirildiyini bəyan etdi. Həmin açıqlamada hadisə ilə bağlı “kompensasiya məsələsinin artıq həll olunduğu” təəssüratı yaradılırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanata cavab verdi. Rəsmi Bakı bildirdi ki, sığorta ödənişi ilə dövlətlərarası kompensasiya məsələsinin eyniləşdirilməsi düzgün deyil və ictimaiyyəti çaşdırır. Həmçinin əlavə olunub ki, sığorta ödənişləri prosesi artıq 6 aydır həyata keçirilir.

Amma burada sual yaranır: Rusiya niyə məhz indi – 6 aydan sonra belə bir məlumat yayır? Məqsəd nədir?

Politoloq Zaur İbrahimlinin fikrincə, Rusiya bu bəyanatla məsuliyyətdən yayınmağa çalışır və beynəlxalq ictimai rəyə "məsələ artıq həll olunub" siqnalı vermək istəyir.

"Ən vacib məsələ Rusiya tərəfinin öz məsuliyyətini etiraf etməsidir. Biz görürük ki, Rusiya söz oyunlarından istifadə edərək hüquqi məsuliyyəti üzərindən atır. Mütəxəssislər bildirirlər ki, kompensasiyanın miqdarı hüquqi məsuliyyətin üzərinə götürülməsi ilə sıx bağlıdır. Qəza ilə bağlı ən mühüm məsələ Rusiyanın siyasi yanaşmasıdır. Əlbəttə, dünyada aviaqəzalar baş verir və bu zaman dövlətlərin necə hərəkət etməsi beynəlxalq konvensiyalar və ikitərəfli sazişlərlə müəyyən olunur. Bu baxımdan Rusiyanın siyasəti Moskvanın beynəlxalq hüquq normalarına əsaslanan ikitərəfli münasibətlərə üstünlük vermədiyini göstərir. Rusiya hesab edir ki, onun hüquqi məsuliyyəti üzərinə götürməsi və bundan doğan zəruri addımlar atması, onun mövcud iddialarına, geosiyasi statusuna xələl gətirə, onun nüfuzunu zərbə altına qoya bilər. Əlbəttə, bunlar hamısı səhv yanaşmadır. Söhbət mülki təyyarədə insanların həyatından gedir və ən vacibi iki qonşu ölkənin münasibətlərinin xarakterindən gedir. Əgər müttəfiqlik fəaliyyəti haqqında sazişə imza atmış ölkələrdən biri digər ölkənin mülki təyyarəsini vurduğu halda öz üzərinə məsuliyyət götürmək istəmirsə, bu yanaşma münasibətlərin bütün spektrini zədələyir".

Bu bəyanatın Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən dərhal sonra yayılması da təsadüfi deyil. Xüsusilə Azərbaycan Prezidentinin “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bu məsələdəki qəti mövqeyinin Rusiyanın diplomatik narahatlığını artırdığı görünür.

Zaur İbrahimli bildirib ki, Rusiya ictimai rəyi çaşdıraraq Azərbaycanla münasibətləri bərpa etmək niyyətindədir:

"Azərbaycanın apardığı diplomatik iş, o cümlədən “AZAL”la bağlı məsələnin artıq beynəlxalq gündəliyə daxil olması, xüsusilə istintaqın yekunlaşma mərhələsində olması Rusiya tərəfini narahat edir, onlar bilirlər ki, Azərbaycan araşdırmadan doğru qərar çıxarılmasına nail olacaq. Beləliklə, bütün dünya Rusiyanın gerçək üzünü görəcək. Ona görə narahatdırlar, hesab edirlər ki, kompensasiya məsələləri ilə, Azərbaycanla ortaq maraqlar haqqında danışmaqla Bakının mövqeyini yumşalda bilərlər. Rusiyanın çox açıq şəkildə Azərbaycanla qeyd-şərtsiz kommunikasiyanı bərpa etmək istəyi görünür. Düşünürlər ki, tərəflər arasında müəyyən təmaslar baş verərsə, AZAL təyyarəsinin vurulması ilə bağlı araşdırmanın nəticəsi də böyük rezonans doğurmaz. Ölkə prezidentinin ŞƏT sammitindən əvvəl “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın mövqeyi bir daha qətiyyətlə səsləndirildi. Bundan sonra Azərbaycanın indiki tələblərindən geri çəkilməsi real görünmür. Rusiya ilə danışıqlar başlaya bilər, lakin düşünürəm ki, Azərbaycanın bu məsələdə güzəştə gedəcəyini gözləmək obyektiv analiz olmazdı".

Aysel,

Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri