Əliyevin Trampa zənginin pərdəarxası: Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? | …
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donal
Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
İ.Əliyevin D.Trampla telefon vasitəsi ilə danışması sıradan bir prosedur sayıla bilməz. Bu, geopolitik yükü olan bir təmas və hadisədir.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi həm regional baxımdan, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan prezidentinin telefon danışığı zamanı D.Trampın ABŞ-da sözün əsl mənasında böyük səs çoxluğu isə prezident seçilməsini vurğulaması xüsusi diqqət çəkir.
ABŞ demokratiyası nümayəndəli demokratiya olduğu üçün bəzi hallarda səs çoxluğu özündə hiss etdirmir.
Yəni daha az səs alan namizəd nümayəndə kollegiyalarının səsi ilə seçilə bilir.
Budəfəki seçkilərdə isə Tramp həm səs çoxluğu, həm də nümayəndə kolleqalarının səsi ilə seçildi.
Tam oxu
Xəbəri oxu