Icma.az
close
up
RU
Əliyevin Trampa zənginin pərdəarxası: Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı?

Əliyevin Trampa zənginin pərdəarxası: Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir. İ.Əliyevin D.Trampla telefon vasitəsi ilə danışması sıradan bir prosedur sayıla bilməz. Bu, geopolitik yükü olan bir təmas və hadisədir.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi həm regional baxımdan, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan prezidentinin telefon danışığı zamanı D.Trampın ABŞ-da sözün əsl mənasında böyük səs çoxluğu isə prezident seçilməsini vurğulaması xüsusi diqqət çəkir. ABŞ demokratiyası nümayəndəli demokratiya olduğu üçün bəzi hallarda səs çoxluğu özündə hiss etdirmir. Yəni daha az səs alan namizəd nümayəndə kollegiyalarının səsi ilə seçilə bilir. Budəfəki seçkilərdə isə Tramp həm səs çoxluğu, həm də nümayəndə kolleqalarının səsi ilə seçildi.

Hikmət Babaoğlu

Azərbaycan prezidentinin toxunduğu ikinci məsələ isə beynəlxalq münasibətlərin hazırkı vəziyyəti ilə bağlıdır. Telefon danışığı zamanı ölkə başçısı qeyd edib ki, D.Trampın prezident seçilməsi beynəlxalq münasibətlər sistemində sülhün bərqərar olmasına gətirib çıxara bilər. Hazırda beynəlxalq münasibətlərdə ağır vəziyyət yaşanır. ABŞ kimi mühüm bir ölkənin davranışları proseslərin seyrini dəyişə bilər. Donald Tramp bundan öncəki prezidentlik dönəmində də aldığı qərarlara beynəlxalq münasibətlərdəki gərginliyin aradan qaldırılmasına çalışmışdı. Azərbaycan prezidentinin ifadə etdiyi fikirlərdə də gözləntinin bundan ibarət olduğu qeyd edilir.

Azərbaycan Prezidenti həm də ABŞ-Azərbaycan münasibətlərinə toxunub. Biz bilirik ki, Tramp dövründə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bundan sonra da iki ölkə münasibətlərində istiləşmə hiss oluna bilər”.

Müstəqil ekspert, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri Çingiz Məmmədov isə deyib ki, telefon zəngi təbiidir, çünki Tramp prezident seçilib:

“Yəni bu, bir növ prosedur xarakterlidir. Digər tərəfdən, ABŞ dünyanın ən qüdrətli dövlətidir və təbii ki, Azərbaycanın bu dövlətlə yaxşı münasibətdə olması önəmlidir. Hal-hazırda bütün dünya liderlərini maraqlandıran əsas məsələlərdən biri Trampın hansı kurs götürəcəyidir. Zənnimcə, Trampın ilk növbədə həll etməyə çalışdığı məsələ Rusiya-Ukrayna müharibəsi olacaq. İlk növbədə ona görə ki, hazırda davam edən ən qanlı hadisədir. Digər bir məsələ isə Yaxın Şərqdə baş verənlərdir. Söhbət İsrail-Fələstin münaqişəsindən gedir. Üçüncü məsələ isə ABŞ-Çin qarşıdurmasıdır.

Çin ciddi şəkildə ABŞ-ı artıq iqtisadi cəhətdən təhdid edir. Üzümüzə gələn illərdə isə artıq hərbi cəhətdən də təhdid etməyə başlaya bilər. Bu məsələlər fonunda Cənubi Qafqazda baş verənlər ABŞ və prezident Tramp üçün nisbətən az əhəmiyyət kəsb edir. Bəlkə Tramp bu məsələni asan hesab etdiyi üçün onu önə çəkə bilər, amma bu az ehtimallıdır. Digər məsələ bundan ibarətdir ki, Trampın öz gələcək administrasiyasında görmək istədiyi namizədlərin bir neçəsi keçmişdə anti-Azərbaycan mövqeləri ilə seçilənlərdir. Ona görə Tramp administrasiyasının Azərbaycan-Ermənistan məsələsində hansı mövqedə dayanacağını əvvəlcədən demək çətindir. Tramp nə qədər güclü şəxsiyyət və lider olsa da həmişə köməkçiləri ilə həm məsləhət edəcək, həm hesablaşacaq. Bu baxımdan da Əliyevin Trampa zəng vurması önəmlidir, çünki iki prezident arasında birbaşa rabitə vacibdir. Beynəlxalq münasibətlərdə şəxsi əlaqələr az əhəmiyyət kəsb etmir.

Çingiz Məmmədov

Həm də nəzərə alaq ki, hazırda Ukrayna müharibəsi və İran-Qərb qarşıdurması vəziyyətində Azərbaycan Şərq-Qərb kommunikasiyalarında əhəmiyyətli rol oynayır. Ukrayna müharibəsi dayansa, Rusiyadan keçən kommunikasiyalar yenidən açıla bilər. Bu, regionumuzun geosiyasət üçün əhəmiyyətini azalda bilər. Həm də nəzərə alaq ki, 2025-ci ildə Tramp daha mürəkkəb dünya ilə qarşılaşır, nəinki birinci prezidentliyi dövründə.

Əslində, deməzdim ki, ABŞ-Azərbaycan münasibətləri indi normal deyil. Sadəcə, hazırda ABŞ-da bu dövlətin tarixində ən çox erməni lobbisi nümayəndələri təmsil olunmuş administrasiyadır. Azərbaycan da bununla hesablaşmalı idi. Zənnimcə, çox düzgün addım idi ki, Azərbaycan çəkinmədən iki qatı ermənipərəst konqresmen üçün COP29-da iştirak etmək şəraiti yaratdı. Bununla Bakı beynəlxalq aləmdə açıq rəqabətə hazır olduğunu, bundan çəkinmədiyini göstərdi. Eyni zamanda, nə Ermənistanın, nə də onun arxasında duranların təzyiqinə əyilmədi, Bakıda saxlanılan separatçıları azad etmədi.

Baydenin bizi istəmədiyimiz sülhə təhrik edən məktubunu da yada salaq. Zənnimcə, ABŞ rəhbərliyi Azərbaycanın öz maraqlarını müdafiə edəcəyini anlayır və bununla hesablaşacaq. Hesab edirəm ki, müəyyən müsbət tendensiyalar olacaq, amma buna vaxt tələb olunacaq. İlk növbədə Tramp hakimiyyətdə möhkəmlənməlidir, yeni administrasiya oturuşmalıdır. Yalnız bundan sonra ABŞ dünyanın işləri ilə məşğul olmağa başlayacaq. Bizim üçün ABŞ administrasiyasında iki vəzifə xüsusilə önəmlidir: Dövlət katibi və Prezidentin Milli Təhlükəsizlik üzrə Müşaviri. Hələlik hər iki vəzifəyə irəli sürülmüş namizədlər keçmişdə anti-Azərbaycan mövqeləri ilə seçilənlərdir. Görək, hadisələr necə inkişaf edir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri