Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini "görə" bilirlər.
Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.
Lakin insanın əllərinə baxıb onun səhhətində olan bəzi pozulmaları və xəstəlikləri həqiqətən təyin etmək mümkündür.
Saglamolun.az bildirir ki, bir çox hallarda həkimlər pasiyenti müayinə etdikdə onun əllərinin dərisinə, rənginə və s. fikir verirlər.
- İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz, qara ciyər sirrozu) əlaməti ola bilər.
- Ovucların dərisi sarımtıldırsa, bu qa qara ciyərin və öd kisəsinin xəstəliklərindən xəbər verə bilər (hepatit, öd daşı xəstəliyi, öd kisəsi iltihabı və s.).
- Əllərin üzərində qəhvəyi rəngdə piqment ləkələri varsa, bu öd kisəsinin xəstəliklərinə işarə edə bilər.