Icma.az
close
up
RU
Əllərinizə baxıb özünüzə DİAQNOZ QOYUN

Əllərinizə baxıb özünüzə DİAQNOZ QOYUN

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini "görə" bilirlər.

Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.

Lakin insanın əllərinə baxıb onun səhhətində olan bəzi pozulmaları və xəstəlikləri həqiqətən təyin etmək mümkündür. Saglamolun.az bildirir ki, bir çox hallarda həkimlər pasiyenti müayinə etdikdə onun əllərinin dərisinə, rənginə və s. fikir verirlər. 

- İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz, qara ciyər sirrozu) əlaməti ola bilər.

- Ovucların dərisi sarımtıldırsa, bu qa qara ciyərin və öd kisəsinin xəstəliklərindən xəbər verə bilər (hepatit, öd daşı xəstəliyi, öd kisəsi iltihabı və s.).

- Əllərin üzərində qəhvəyi rəngdə piqment ləkələri varsa, bu öd kisəsinin xəstəliklərinə işarə edə bilər. Yaşlı insanlarda isə bu orqanizmin qocalması ilə bağlıdır.

- Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər.

- Avitaminoz zamanı əllərin dərisi qabıq verir. Bu adətən orqanizmdə A və D vitaminlərinin çatışmazlığı ilə bağlıdır.

- Əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.

Bir çox hallarda bunun səbəbi orqanizmdə nikotin turşusunun çatışmazlığı olur.

- Əllərin çox isti olması qara ciyərdə olan pozulmalara işarə edir.

- İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.

- Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.

- Həmçinin əllərin daim nəm olması sinir sisteminin pozulmalarına da işarə edə bilər.

- İnsanın əlləri tez-tez şişirsə, bu qalxanvari vəzi, böyrəklər, ürək, qara ciyər  xəstəliklərindən, allergiyadan xəbər verə bilər.

- Nəfəsalma sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda əllərin ovucları çox quru olur.

- Barmaqların nazilməsi və barmaq uclarının enli olması (barmaqlar baraban çöplərinə, dırnaqlar isə saat şüşələrinə oxşayır) ciddi ürək xəstəliklərinin simptomudur.

- Əgər insan "əllərdə qarışqa gəzməsini" tez-tez hiss edirsə, bu endokrin sistemi xəstəliklərinə işarə edə bilər.

- Barmaqların keyiməsi bir çox xəstəliklərinin simptomu ola bilər. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda bilək nahiyəsində sinir sıxılır və bu ağrılara və barmaqların keyiməsinə səbəb olur. Buna tunel sindromu deyilir.

- Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.

- Əllərin və barmaqların keyiməsi həmçinin hipertoniya, endokrin sistemi pozulmaları, Reyno xəstəliyi, beyin qan dövranı pozulmalarından əziyyət çəkən insanlarda təsadüf edilir. Əllərin keyiməsi (xüsusilə bir əlin) çox ciddi simptomdur. Bu simptom digər simptomlarla yanaşı (ürəkdə və ya başda güclü ağrı, başgicəllənməsi, ürəkbulanması, qusma və s.) infarkt və ya insultun inkişafına işarə edə bilər.

- İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.

- Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri