Elm ocağında tələbə sevinci: Gəncədə ənənəvi təbrik görüşü | Icma.az
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025–2026-cı tədris ilində ali məktəblərə qəbul olan gənclər və onların ailə üzvləri üçün AMEA-nın Gəncə Bölməsində unudulmaz bir gün yaşandı.
Gələcəyin elm adamlarını, mühəndislərini, müəllimlərini və rəhbərlərini yetişdirəcək gənclərin uğurları, elmin beşiyində, səmimi bir mühitdə qeyd olundu.
Gəncənin əsas elm ocağında keçirilən bu görüş artıq illərin ənənəsinə çevrilib.
Hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra, AMEA-nın Gəncə Bölməsində tələbə və magistrant adını qazanmış əməkdaş övladlarının uğuru xüsusi diqqətlə qeyd olunur.
Bu il də sevinc, qürur və minnətdarlıq duyğuları ilə dolu olan mərasim, bölmənin sədri, akademik Fuad Əliyevin səmimi təbrikləri ilə başladı.
Akademik Fuad Əliyev çıxışında qeyd etdi ki, bu cür görüşlər gəncləri daha böyük nailiyyətlərə ruhlandırır və onların uğurlarına cəmiyyət tərəfindən verilən dəyərin göstəricisidir.
O, bu günün tələbələrinin sabahın alimləri, liderləri və qurucuları olduğunu bildirərək, dövlətimizin gənclərə yaratdığı geniş imkanları və bu imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğuladı.
Tam oxu
Xəbəri oxu