Icma.az
close
up
RU
Elm ocağında tələbə sevinci: Gəncədə ənənəvi təbrik görüşü

Elm ocağında tələbə sevinci: Gəncədə ənənəvi təbrik görüşü

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025–2026-cı tədris ilində ali məktəblərə qəbul olan gənclər və onların ailə üzvləri üçün AMEA-nın Gəncə Bölməsində unudulmaz bir gün yaşandı. Gələcəyin elm adamlarını, mühəndislərini, müəllimlərini və rəhbərlərini yetişdirəcək gənclərin uğurları, elmin beşiyində, səmimi bir mühitdə qeyd olundu.

Gəncənin əsas elm ocağında keçirilən bu görüş artıq illərin ənənəsinə çevrilib. Hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra, AMEA-nın Gəncə Bölməsində tələbə və magistrant adını qazanmış əməkdaş övladlarının uğuru xüsusi diqqətlə qeyd olunur. Bu il də sevinc, qürur və minnətdarlıq duyğuları ilə dolu olan mərasim, bölmənin sədri, akademik Fuad Əliyevin səmimi təbrikləri ilə başladı.

Akademik Fuad Əliyev çıxışında qeyd etdi ki, bu cür görüşlər gəncləri daha böyük nailiyyətlərə ruhlandırır və onların uğurlarına cəmiyyət tərəfindən verilən dəyərin göstəricisidir. O, bu günün tələbələrinin sabahın alimləri, liderləri və qurucuları olduğunu bildirərək, dövlətimizin gənclərə yaratdığı geniş imkanları və bu imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğuladı.

Daha sonra cari ildə ali təhsil müəssisələrinə qəbul olunmuş əməkdaş övladlarının və gənc tələbələrin adları səsləndirildi. AMEA-nın Gəncə Bölməsinin həmkarlar təşkilatının sədri Nailə Hacıyeva tərəfindən akademik Fuad Əliyevin adından 15 nəfərə gül dəstələri və simvolik hədiyyələr təqdim olundu.

Bu il bakalavr pilləsinə qəbul olanlar arasında Təranə Verdiyevanın qızları Zümrüd və Nigar Verdiyeva (müvafiq olaraq Azərbaycan İqtisad Universitetinə və Bakı Dövlət Universitetinə), Leyla Cəfərovanın qızları Nigar və Lalə Cəfərova (Azərbaycan Dillər Universitetinə), Südabə Ağayevanın qızı Rübabə Ağayeva (Azərbaycan İnşaat Universitetinə), Rima Nəsrullayevanın oğlu Murad Nəsrullayev (Aviasiya Akademiyasına), Ruhiyə Hacıyevanın qızı Fatma Hacıyeva (“Azərbaycan” Universitetinə), Pəri Quliyevanın qızı Humay Quliyeva (Dövlət İdarəçilik Akademiyasına), Pərvin Babayevanın qızı Laura Babayeva və Sevil Mikayılovanın oğlu Nihat Mikayılov (Azərbaycan Dövlət Aqrar Universitetinə) daxil olmuşlar.

Magistr pilləsinə qəbul olan əməkdaşlardan Jasmin Abbasova, Müşərrəf İbrahimova, Müjgan Məmmədova, Zərifə Yusufova Gəncə Dövlət Universitetinə, Elnarə İsayeva isə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunaraq elm yolunda növbəti mərhələyə qədəm qoyublar.

Sonda iştirakçılar göstərilən diqqətə görə AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə, xüsusilə də akademik Fuad Əliyevə səmimi təşəkkürlərini bildirdilər. 

Əslində belə görüşlər elmin və təhsilin işığında böyüyən nəslin sevincini paylaşmaq üçün həmişə bir vəhdət, həmrəylik bayramına çevrilir. Bu dəfə də belə oldu.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri