Elman Cəfərli: Suriya hadisələrindən sonra gözlər İrana dikilib | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. “Yaxın Şərqdə 2011-ci ildən başlanmış inqilabi dəyişikliklər məntiqi sonluğuna ya
Bunu siyasi şərhçi Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, 13 il ərzində 20-30 illik avtoritar rejimlər tarixin arxivinə göndərilib: "Kənardan müdaxilələr olsa da, ərəb inqilablarında aparıcı qüvvə əzilən xalq kütlələridir.
Bu gün inqilbadan sonrakı Tunisdə demokratik seçkilər keçirilir, siyasi sabitlik var.
İraqda sosial-iqtisadi göstəricilər Səddam Hüseyn dövrünə yaxınlaşır.
Bütün bunlar onu deməyə əsas verir ki, “demokratiya Şərq xalqları üçün deyil” tezisi yanlışdır.
Müsəlman Şərqində ilk demokratik cümhuriyyət Azərbaycanda qurulub. Ardınca Türkiyə Respublikası yaradılıb və bir əsrdir yaşayır.
Ərəb ölkələrində, İranda, Əfqanıstanda da normal demokratik idarəçiliyin qurulması mümkündür".
Tam oxu
Xəbəri oxu