Icma.az
close
up
RU
Elman Cəfərli: Suriya hadisələrindən sonra gözlər İrana dikilib

Elman Cəfərli: Suriya hadisələrindən sonra gözlər İrana dikilib

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Yaxın Şərqdə 2011-ci ildən başlanmış inqilabi dəyişikliklər məntiqi sonluğuna yaxınlaşır". 

Bunu siyasi şərhçi Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, 13 il ərzində 20-30 illik avtoritar rejimlər tarixin arxivinə göndərilib:

"Kənardan müdaxilələr olsa da, ərəb inqilablarında aparıcı qüvvə əzilən xalq kütlələridir. Bu gün inqilbadan sonrakı Tunisdə demokratik seçkilər keçirilir, siyasi sabitlik var. İraqda sosial-iqtisadi göstəricilər Səddam Hüseyn dövrünə yaxınlaşır. 

Bütün bunlar onu deməyə əsas verir ki, “demokratiya Şərq xalqları üçün deyil” tezisi yanlışdır.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyət Azərbaycanda qurulub. 

Ardınca Türkiyə Respublikası yaradılıb və bir əsrdir yaşayır. Ərəb ölkələrində, İranda, Əfqanıstanda da normal demokratik idarəçiliyin qurulması mümkündür".

Siyasi şərhçi qeyd edib ki, Suriya hadisələrindən sonra gözlər İrana dikilib:

"40 ildir bu ölkədə adını “islam repsublikası” qoymuş bir avtoritar sistem hakimdir. Əhalinin müəyyən sosial-iqtisadi hüquqları olsa da, qeyri-fars millətlərinə qarşı diskriminasiya yüksək həddədir.

Molla cildindəki hakim rejim faşist siyasəti aparır. Qeyri-fars millətləri, hətta qeyr-şiələr, qeyri-müsəlmanlar sıxışdırılır. İran xalqları 40 illik əsarətdən cana yığılıb. İnsanları daha çox narazı salan isə neftlə zəngin İranın gəlirlərinin əhəmiyyətli hissəsinin İraqda, Livanda, Suriya fəaliyyət göstərək proksi qüvvələrə, terror təşkilatlarına xərclənməsidir. 

Hətta sistemin dayağı olan ruhanilər də bununla bağlı narazılıqlarını dilə gətirirlər. Bu ilin ortalarından yenidən alovlanmış İsrail-Fələstin qarşıdurmasında İranın proksi qüvvələri ciddi zərbə aldı, terror təşkilatlarının rəhbərləri zərərsizləşdirildi".

Onun sözlərinə görə, hazırda İranın mövqeyində ciddi laxlamalar var:

"Rejim əvvəlki gücündə deyil. Tərslikdən ölkə daxilində də sonuncu hicab qiyamından sonra rejimin mövqeləri sarsılıb. 

Müşahidələr onu deməyə əsas verir ki, İran yenidən qurulma ərəfəsindədir. Bu, ya inqilabla, ya da “Qorbaçov modeli” ilə yuxarıdan islahatlarla olacaq.

İranın Prezidenti Məsud Pezeşkiani göründüyü kimi zəif fiqur deyil.

Onun gücü, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində ciddi dayaqları var.

Post-Xameneyi dövründə İranın əsas siyasi fiqurun Pezeşkian olacağı şübhə doğurmur. Böyük ehtimalla, islam respublikası saxlansa da, ruhanilər hakimiyyətdə mövqelərini itirəcəklər.

Yeni mərhələdə İranı texnokratların idarə edəcəyi gözlənilir. ABŞ-nin yeni prezidenti Donald Trampın İrana qaşrı tutumu bəllidir. İranın Yaxın Şərqdə əsas fiquru general Qasım Süleymani Trampın birinci prezidentiliyi dövründə, məhz onun qətiyyəti sayəsində məhv edilmişdi".

Elman Cəfərlinin fikrincə, Tramp İrana qarşı yumşaq siyasət aparmayacaq:

"Ona görə də İrana hakimiyyəti Trampa qədər Yaxın Şərq siyasətinə korrektə etmək niyyətindədir. İran proksi qüvvələrin sıradan çıxarılmasına, terror təşkilatlarının rəhbərlərinin öldürülməsinə əvvəlki təpkini vermir. Hətta müttəfiqi olan Suriya diktatoru Bəşər Əsədin devrilməsinə göz yumdu. Tramp dönəmində İranın qınına çəkilməsi davam edəcək. 

Bu, Qərbi daha da artıq qəzəbələndirməməkdən ötrüdür. Lakin daxildə toplumu razı salmaq üçün ciddi islahatlar aparılmalıdır.

Bunun biri şəritə qaydalarının yumşaldılması, ikincisi isə qeyri-fars millətlərinə müəyyən azadlıqların, o cümlədən təhsil hüququnun verilməsidir”.

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri