Elmə və təhsilə həsr olunan ziyalı ömrü | Icma.az
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun.
Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”.
Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsili haqqında bu fikirləri söyləyərkən alimin, ziyalının, təhsil işçisinin ilk növbədə xalqına və dövlətinə, milli ənənələrinə sadiqliyini önə çəkirdi.
Həqiqətən də cəmiyyətin inkişafında elm-təhsil ocağı məbədgah, müəllim, alim və aydınlar isə bu müqəddəs məbədgahın ziyasıdırlar.
İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı onun aldığı təhsil-tərbiyədən və bu prosesi həyata keçirən müəllimlərdən asılıdır.
Müəllim təlim-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilir.Gənc nəslin elmi intellektual səviyyəsini inkişaf etdirmək, əsl vətənpərvər insan formalaşdırmaq müəllimdən yüksək intellekt və modern elmi dünyagörüşü tələb etməklə bərabər, xüsusi mənəvi keyfiyyətlər, vətənə və millətə, müqəddəs dəyərlərə sadiqlik tələb edir.
Tam oxu
Xəbəri oxu