Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir. Martın 18-də 2-ci liqanın 17-ci turuna yekun vurulub.
Şəmkirdəki Olimpiya İdman Kompleksində keçirilən “Şəmkir” - “Şahdağ Qusar” matçı 1:1 hesabı ilə başa çatıb.
Mövsümdə ilk dəfə xal itirən “Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayev və kapitanı Rahid Əmirquliyev oyundan sonra qazonun vəziyyətindən kəskin narazılıq edib.
Onlar həmin qazonda oyun keçirilməsini həm futbolçulara, həm də azarkeşlərə təhqir hesab edib.Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:“Şəmkir Olimpiya İdman Kompleksinin qazonunun və digər otaqlarının yaxşı vəziyyətdə olmadığı heç kimə sirr deyil.
Təəssüf ki, bu tək Şəmkirə aid deyil. 2-ci liqada infrastrukturun ideal olmadığı bəllidi, amma müəyyən irəliləyişlərin olduğunu da deməliyik
Şəmkir təmsilçisi qazonla bağlı hər hansı toxum əkilməsini reallaşdırsaydı, gözləməyə dəyərdi ki, proses başlayıb və ot çıxacaq.
Amma sadəcə, meydança düzləşdirilib. Yəni gözləməyin mənası yoxdu.
“Şahdağ Qusar”ın narazılığına gəlincə, hər iki klubun rəsmilərinin iştirakı ilə görüş keçirilib, stadionda görüşüb PFL-ə oynamağa hazır olduqlarını bildiriblər.