Icma.az
close
up
RU
“Elnur Abdullayevlə Rahid Əmirquliyev verdiyi açıqlamada, yəqin ki, nəticənin təsiri olub” Sənan Abdullayev

“Elnur Abdullayevlə Rahid Əmirquliyev verdiyi açıqlamada, yəqin ki, nəticənin təsiri olub” Sənan Abdullayev

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 18-də 2-ci liqanın 17-ci turuna yekun vurulub. Şəmkirdəki Olimpiya İdman Kompleksində keçirilən “Şəmkir” - “Şahdağ Qusar” matçı 1:1 hesabı ilə başa çatıb.

Mövsümdə ilk dəfə xal itirən “Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayev və kapitanı Rahid Əmirquliyev oyundan sonra qazonun vəziyyətindən kəskin narazılıq edib. Onlar həmin qazonda oyun keçirilməsini həm futbolçulara, həm də azarkeşlərə təhqir hesab edib.
Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“Şəmkir Olimpiya İdman Kompleksinin qazonunun və digər otaqlarının yaxşı vəziyyətdə olmadığı heç kimə sirr deyil. Təəssüf ki, bu tək Şəmkirə aid deyil. 2-ci liqada infrastrukturun ideal olmadığı bəllidi, amma müəyyən irəliləyişlərin olduğunu da deməliyik. Şəmkir təmsilçisi qazonla bağlı hər hansı toxum əkilməsini reallaşdırsaydı, gözləməyə dəyərdi ki, proses başlayıb və ot çıxacaq. Amma sadəcə, meydança düzləşdirilib. Yəni gözləməyin mənası yoxdu. “Şahdağ Qusar”ın narazılığına gəlincə, hər iki klubun rəsmilərinin iştirakı ilə görüş keçirilib, stadionda görüşüb PFL-ə oynamağa hazır olduqlarını bildiriblər. Sözsuz, Peşəkar Futbol Liqası turnirlərdə bu və digər məqamlarda yekun qərar vermək hüququna malikdi, amma qərar verdik ki, bu mövzuda klubların da mövqeyini öyrənək. Həmin görüşdə Rahid Əmirquliyev və Elnur Abdullayev kimi hörmət etdiyimiz veteranlar da olub. Sonra verdikləri açıqlamada, yəqin ki, nəticənin təsiri olub. Ümumiyyətlə, vəziyyəti tam başa düşürük. İstərdik ki, infrastruktur şərtləri daha yaxşı olsun, hər klubun öz stadionu olsun. Lakin hazırda 2-ci liqada olan infrastruktur şərtlərini nəzərə alıb uyğun durumu tətbiq etməyə çalışırıq”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see140

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see126

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see117

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see117

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see114

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri