Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kiçik və orta biznes sahibləri yaşıl enerjiyə keçid prosesindən xəbərsizdir".
Oxu.Az xəbər verir ki, bu fikri Bakı Enerji Forumu çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev səsləndirib.
O bildirib ki, agentlik kiçik və orta sahibkarların yaşıl enerjiyə keçid prosesində qarşılaşdıqları çətinlikləri araşdırıb və bir sıra əhəmiyyətli nəticələr əldə olunub.
"İlkin müşahidələr göstərdi ki, xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri iqlim dəyişikliyi və onun yaratdığı risklər barədə kifayət qədər məlumata malik deyillər.
Bu sahədə maarifləndirmə səviyyəsi aşağıdır. Eyni zamanda resurs çatışmazlığı ciddi problemdir.
Sahibkarlar bu prosesə qoşulmaq istəsələr belə, maliyyə imkanlarının məhdudluğu onları dayandırır". E.
Əliyevin sözlərinə görə, aparılmış tədqiqatların nəticələri göstərib ki, kiçik və orta biznes subyektlərinin yaşıl texnologiyalara keçid imkanları çox zəifdir: "Əldə olunan məlumatlara əsasən, KOB-ların yaşıl enerji layihələrini həyata keçirmək üçün maliyyələşməsi olduqca aşağı səviyyədədir.