Icma.az
close
up
RU
Elnur Əliyev: Kiçik və orta biznes subyektlərinin yaşıl texnologiyalara keçid imkanları zəifdir

Elnur Əliyev: Kiçik və orta biznes subyektlərinin yaşıl texnologiyalara keçid imkanları zəifdir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kiçik və orta biznes sahibləri yaşıl enerjiyə keçid prosesindən xəbərsizdir".

Oxu.Az xəbər verir ki, bu fikri Bakı Enerji Forumu çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev səsləndirib.

O bildirib ki, agentlik kiçik və orta sahibkarların yaşıl enerjiyə keçid prosesində qarşılaşdıqları çətinlikləri araşdırıb və bir sıra əhəmiyyətli nəticələr əldə olunub.

"İlkin müşahidələr göstərdi ki, xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri iqlim dəyişikliyi və onun yaratdığı risklər barədə kifayət qədər məlumata malik deyillər. Bu sahədə maarifləndirmə səviyyəsi aşağıdır. Eyni zamanda resurs çatışmazlığı ciddi problemdir. Sahibkarlar bu prosesə qoşulmaq istəsələr belə, maliyyə imkanlarının məhdudluğu onları dayandırır".

E. Əliyevin sözlərinə görə, aparılmış tədqiqatların nəticələri göstərib ki, kiçik və orta biznes subyektlərinin yaşıl texnologiyalara keçid imkanları çox zəifdir:

"Əldə olunan məlumatlara əsasən, KOB-ların yaşıl enerji layihələrini həyata keçirmək üçün maliyyələşməsi olduqca aşağı səviyyədədir. Bu da onların davamlı inkişafına maneə yaradır. Halbuki statistik göstəricilər onu deməyə əsas verir ki, qlobal çirklənmənin 50 faizinə məhz bu biznes qrupunun fəaliyyəti təsir göstərir. Əgər yaşıl enerjiyə keçidi ciddi şəkildə planlaşdırırıqsa, bu prosesdə kiçik və orta sahibkarların iştirakı mütləqdir və onlar diqqətdən kənarda qalmamalıdır".

KOBİA rəsmisi əlavə edib ki, bu istiqamətdə koordinasiyalı fəaliyyəti təmin etmək üçün müxtəlif tərəfdaşlarla birlikdə xüsusi koalisiya yaradılıb. Koalisiyanın əsas məqsədi yaşıl iqtisadiyyata keçidi təşviq etmək, sahibkarlara dəstək mexanizmləri hazırlamaq və məlumatlandırmanı artırmaqdır.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see218

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see173

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see150

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see122

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri