Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Seçkiyə 3 gün qalmış namizəd kimi ANS televiziyasının canlı efirinə dəvət olunmuşdum.
Mən efirdən çıxış etdim və Elşad Abdullayevin çirkin əməllərini, onun cinayətə bulaşmasını dedim.
Eyni zamanda o vaxtki Milli Təhlükəsizlik naziri Eldar Mahmudova birbaşa müraciət etdim.
Elşad Abdullayev ABU-nu müxalifət yuvasına çevirmişdi və bir çox müxalifətçiləri ora işə götürmüşdü.
Buna baxmayaraq, Elşad Abdullayev axıra kimi getdi və seçkidə də iştirak etdi".Demokrat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında keçmiş deputat Musa Musayev bildirib.O, qeyd edib ki, Elşad Abdullayev 2005-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının partiyadaxili qaydalarını kobud şəkildə pozub:“Azərbaycan Respublikası Baş Prokurorluğunun xaricdə yaşayan bir sıra blogerlərin, daha doğrusu “söyüş müxalifəti”nin istintaqa təslim olmaları ilə bağlı dəvəti olduqca düzgün qərardır.
Eyni zamanda Elşad Abdullayevlə bağlı. Elşad Abdullayev uzun müddət Azərbaycan Beynəlxalq Universitetinin rektoru olub.
2005-ci ildə parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən mənim Binəqədi rayonu 8 saylı dairədən namizədliyim irəli sürülmüşdü.