Icma.az
close
up
RU
Elşad Abdullayevi görün, kimlər dəstəkləyirmiş: Rayon icra hakimiyyəti, bəzi partiya üzvləri və... VİDEO

Elşad Abdullayevi görün, kimlər dəstəkləyirmiş: Rayon icra hakimiyyəti, bəzi partiya üzvləri və... VİDEO

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Seçkiyə 3 gün qalmış namizəd kimi ANS televiziyasının canlı efirinə dəvət olunmuşdum. Mən efirdən çıxış etdim və Elşad Abdullayevin çirkin əməllərini, onun cinayətə bulaşmasını dedim. Eyni zamanda o vaxtki Milli Təhlükəsizlik naziri Eldar Mahmudova birbaşa müraciət etdim. Elşad Abdullayev ABU-nu müxalifət yuvasına çevirmişdi və bir çox müxalifətçiləri ora işə götürmüşdü. Buna baxmayaraq, Elşad Abdullayev axıra kimi getdi və seçkidə də iştirak etdi".
Demokrat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında keçmiş deputat Musa Musayev bildirib.
O, qeyd edib ki, Elşad Abdullayev 2005-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının partiyadaxili qaydalarını kobud şəkildə pozub:
“Azərbaycan Respublikası Baş Prokurorluğunun xaricdə yaşayan bir sıra blogerlərin, daha doğrusu “söyüş müxalifəti”nin istintaqa təslim olmaları ilə bağlı dəvəti olduqca düzgün qərardır. Eyni zamanda Elşad Abdullayevlə bağlı. Elşad Abdullayev uzun müddət Azərbaycan Beynəlxalq Universitetinin rektoru olub. 2005-ci ildə parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən mənim Binəqədi rayonu 8 saylı dairədən namizədliyim irəli sürülmüşdü. O cümlədən, həmin dairə üzrə YAP-ın Binəqədi rayon təşkilatında idarə heyətinin üzvü olan ABU-nun rektoru Elşad Abdullayev də namizədliyini vermişdi. 2005-ci ildə YAP belə bir qərar qəbul etmişdi ki, partiya tərəfindən hər dairədən yalnız 1 nəfər namizəd irəli sürülə bilər. Partiyanın irəli sürdüyü namizəd mən idim. Mən 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdum. Eyni zamanda Yeni Azərbaycan Partiyasının birinci qurultayında Siyasi Şurasının üzvü olmuşam. Bu gün də YAP-ın Nəzarət və Təftiş Komissiyasının üzvüyəm. 2005-ci ildə həmin 8 saylı dairədən Elşad Abdullayev YAP üzvü olmasına baxmayaraq, namizədliyini verdi və geri götürmədi. Elşad Abdullayev Beynəlxalq Universitetdə saxta diplom alveri, korrupsiya fəaliyyətinə elə o vaxtdan başlamışdı. Həmin vaxt ona müraciət də edildi ki, YAP-ın namizədi Musa Musayevdir, sən öz namizədliyini geri götür. Təbii ki, onun çirkin əməlləri barədə mən məlumatlı idim. Mən onun qardaşı ilə telefon əlaqəsi də saxladım və dedim ki, partiyanın bu barədə yekdil qərarı var. O, geri çəkilmədi. Elşad Abdullayevi dəstəkləyən qüvvələr də var idi. Rayon icra hakimiyyəti, bəzi partiya üzvləri və eyni zamanda Prezident Adminstrasiyasından da Elşad Abdullayevi dəstəkləyənlər var idi. O, axıra qədər namizədliyini geri götürmədi. 2005-ci il noyabrın 6-da parlament seçkiləri olmalı idi”. 
Musa Musayev Elşad Abdullayevin Azərbaycan Beynxəlxalq Universitetinin rektoru olduğu dövrdə etdiyi qanunsuz əməllərdən də danışıb:
“Seçkiyə 3 gün qalmış namizəd kimi ANS televiziyasının canlı efirinə dəvət olunmuşdum. Mən efirdən çıxış etdim və Elşad Abdullayevin çirkin əməllərini, onun cinayətə bulaşmasını dedim. Eyni zamanda o vaxtki Milli Təhlükəsizlik naziri Eldar Mahmudova birbaşa müraciət etdim. Elşad Abdullayev ABU-nu müxalifət yuvasına çevirmişdi və bir çox müxalifətçiləri ora işə götürmüşdü. Buna baxmayaraq, Elşad Abdullayev axıra kimi getdi və seçkidə də iştirak etdi. O, guya ki, yüksək səs toplamışdı, amma sonradan araşdırma aparıldı və deputat seçilməməsi haqda qərar qəbul olundu. Həmin dairədən Müsavat Partiyasının üzvü Arzu Səmədbəyli deputat seçildi. 2005-ci ildən sonra da Elşad Abdullayevin cinayətkar əməlləri, korrupsiya faktları ilə bağlı mətbuatda mütəmadi yazılar, xəbərlər gedib.
Sonralar onun çirkin əməlləri aşkar olunduqda ABU fəaliyyətini dayandırdı. Məndə olan məlumata görə, 2013-cü ildə Elşad Abdullayev “İnterpol” tərəfindən beynəlxalq axtarışa verib. O, uzun müddət xaricdə gizləndi və oradan dövlətin, iqtidarın əleyhinə öz çirkin əməllərini davam edirdi. Nəhayət, yaxın günlərdə Baş Prokurorluq qərar qəbul edib və onun may ayının 5-də Binəqədi rayon prokurorluğunda dəvət olunub. Bir sıra cinayət əməllərində onu adı hallanır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bunların hamısı öz cəzasını almalıdır, eyni zamanda Elşad Abdullayev. Təkcə Beynəlxalq Universitet bağlandıqdan sonra yüzlərlə tələbə öz diplomunu ala bilməyib. O, 100 minlərlə vəsaiti oğurlayıb və aradan çıxıb”.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri