Elşən Nəsibovun kitabı çapdan çıxdı | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyasətşünas alim, yazıçı-publisist və əslən Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Ardıc (rəsmi adı Arçut) kəndindən olan Elşən Nəsibovun "Ardıc kəndimiz.
Qərbi Azərbaycandakı ulu yurdumuz” kitabı çapdan çıxıb. Kitab "ARDIC” Hərəkatının layihəsi olaraq işıq üzü görüb.
Əsərdə kəndin coğrafiyası və tarixi, toponimləri, məhlələri, kənddə yaşamış tayfaları, alimləri, tibb işçiləri və pedaqoji işçiləri, eləcə də kəndi ictimaiyyətdə tanıtmış və hal-hazırda da tanıdan şəxslər haqqında məlumatlar yer alıb.
Həmçinin kəndin mədəniyyəti, o cümlədən adət-ənənələri, ədəbiyyatı, bu baxımdan folkloru da əks olunub.
Arçut kəndində istifadə olunmuş, bu günə qədər də danışıqlarda saxlanılan bəzi sözlərin dialektoloji (şivə, ləhçə) lüğəti də tərtib olunub.
Bununla yanaşı, "ARDIC” Hərəkatının gələcək strateji konsepsiyasının əsasları da qeyd olunub.
Əsərdə diqqəti çəkən digər bir məqam Arçut kəndinin bit icma kimi Qərbi Azərbaycan İcmasında təmsilçiliyi məsələsidir.
Tam oxu
Xəbəri oxu