Icma.az
close
up
RU
Elşən Nəsibovun kitabı çapdan çıxdı

Elşən Nəsibovun kitabı çapdan çıxdı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyasətşünas alim, yazıçı-publisist və əslən Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Ardıc (rəsmi adı Arçut) kəndindən olan Elşən Nəsibovun "Ardıc kəndimiz. Qərbi Azərbaycandakı ulu yurdumuz” kitabı çapdan çıxıb. Kitab "ARDIC” Hərəkatının layihəsi olaraq işıq üzü görüb.

Əsərdə kəndin coğrafiyası və tarixi, toponimləri, məhlələri, kənddə yaşamış tayfaları, alimləri, tibb işçiləri və pedaqoji işçiləri,  eləcə də kəndi ictimaiyyətdə tanıtmış və hal-hazırda da tanıdan şəxslər  haqqında məlumatlar yer alıb.  Həmçinin kəndin mədəniyyəti, o cümlədən adət-ənənələri, ədəbiyyatı, bu baxımdan folkloru da əks olunub. Arçut kəndində istifadə olunmuş, bu günə qədər də danışıqlarda  saxlanılan bəzi sözlərin dialektoloji (şivə, ləhçə) lüğəti də tərtib olunub. Bununla yanaşı, "ARDIC” Hərəkatının gələcək strateji konsepsiyasının əsasları da qeyd olunub. Əsərdə diqqəti çəkən digər bir məqam Arçut kəndinin bit icma kimi  Qərbi Azərbaycan İcmasında təmsilçiliyi məsələsidir. Bu bölmədə təmsilçiliyin, iştirakçılığın əsasları ifadə edilib. Arçut İcmasının fəaliyyətini əks etdirən Əsasnamə layihəsinin mətni verilib. 

Qeyd olunanlarla yanaşı, kitabda Azərbaycanda və xarici ölkələrdə yaşayan Arçutluların 2023-cü ilin 15 dekabr həmrəylik günü-"Ardıc günü”ilə bağlı tədbirləri  barədə məlumatlar həkk olunub. Eləcə də M.F.Axundov adına Arçut kənd orta məktəbinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə məlumatlar verilib. 

Onu da qeyd etmək yerinə düşər ki, Arçut kəndinin adı Ardıc ağacı ilə bağlıdır. Arçut sözü –Arçyurt, yaxud da Arçrut-Ardıc çayı mənasını ifadə edir. Bu barədə də kitabda mühüm lüğəti izahlar verilib.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see506

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see408

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see314

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see281

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see271

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see240

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see237

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see223

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see218

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see198

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see190

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see187

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see183

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see183

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see182

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see175

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see167

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see165

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri