Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovun Futbolxeber.az saytına müsahibəsi - Azərbaycan Premyer Liqasının XXXI turunda “Qarabağ”a uduzdunuz.
0:3 hesablı məğlubiyyətə səbəb nə oldu? - Belə qarşılaşmalar həmişə çətin keçir. Ümumiyyətlə, “Qarabağ”a qarşı asan oyun olmur.
Meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq. Təəssüf ki, alınmadı. Öz səhvimizdən qollar buraxdıq. Bu da nəticəyə təsir etdi.
- “Neftçi” demək olar ki, bütün komponentlərdə “Qarabağ”dan geri qalırdı. Bunu nə ilə əlaqələndirmək olar? - Razıyam ki, çətinliklər oldu.
İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə toparlanmağa çalışsaq da, yaxaladığımız epizodları dəyərləndirə bilmədik.
Halbuki şanslarımızdan istifadə etsəydik, hesab fərqli olardı. - Ola bilərmi ki, “Neftçi”nin hazırda fikri daha çox kubokdadır? - Deməzdim.
Hər oyuna ciddi hazırlaşırıq. Bəli, avrokuboklara ən real yol bizim üçün kubokdur. Lakin “Qarabağ”la matçlar derbi xarakteri daşıyır.