Icma.az
close
up
RU
Elvin Camalov: “Kubokda azarkeşlərimizi sevindirəcəyik” MÜSAHİBƏ

Elvin Camalov: “Kubokda azarkeşlərimizi sevindirəcəyik” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovun Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXXI turunda “Qarabağ”a uduzdunuz. 0:3 hesablı məğlubiyyətə səbəb nə oldu?

- Belə qarşılaşmalar həmişə çətin keçir. Ümumiyyətlə, “Qarabağ”a qarşı asan oyun olmur. Meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq. Təəssüf ki, alınmadı. Öz səhvimizdən qollar buraxdıq. Bu da nəticəyə təsir etdi.

- “Neftçi” demək olar ki, bütün komponentlərdə “Qarabağ”dan geri qalırdı. Bunu nə ilə əlaqələndirmək olar?

- Razıyam ki, çətinliklər oldu. İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə toparlanmağa çalışsaq da, yaxaladığımız epizodları dəyərləndirə bilmədik. Halbuki şanslarımızdan istifadə etsəydik, hesab fərqli olardı.

- Ola bilərmi ki, “Neftçi”nin hazırda fikri daha çox kubokdadır?

- Deməzdim. Hər oyuna ciddi hazırlaşırıq. Bəli, avrokuboklara ən real yol bizim üçün kubokdur. Lakin “Qarabağ”la matçlar derbi xarakteri daşıyır. Azarkeşlərin gözlədiyi oyundur. Çalışırdıq ki, yaxşı mübarizə aparaq və azarkeşləri sevindirək. Təəssüf ki, alınmadı. Ümid edirik ki, kubokda azarkeşlərimizi sevindirəcəyik.

- Əzəli rəqibə böyük hesablı məğlubiyyətdən sonra kubokın cavab matçına hazırlaşmaq çətin olmayacaq?

- Bu, səbəb ola bilməz. Çünki “Qarabağ”ın da kubok oyunu var. Vaxt az olsa da, əsas psixoloji hazırlaşmadir. Yanaşmamız ciddi olsa, hazırlaşmaq problem deyil, belədə bərpa prosesini rahat keçəcəyik. Bu, əsasən beyinlə əlaqəlidir.

- “Sabah”ın sizə qarşı irəli sürdüyü ittihamlarla bağlı hələ də cavab verməməsiniz...

- Hələlik bu barədə danışmaq istəmirəm. Bir qədər zamana ehtiyac var. Mənə dəstək olan hər kəsə minnətdaram.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri