Oxu.az saytına istinadən Icma.az xəbər verir. Bu ayın 11-də Fransa mətbuatı Elvin Cəfərquliyevin "Sent-Etyen"ə mümkün keçidi ilə bağlı xəbər
Oxu.Az xəbər verir ki, Prosport.az bu xəbərin əsassız olmadığını üzə çıxarıb.
Məsələ burasındadır ki, 25 yaşlı sol cinah müdafiəçisinin menecer hüquqları FLM (Football Life Management) şirkətindədir.
FLM isə Lüksemburqda fəaliyyət göstərən və 34 futbolçunun transfer hüquqlarını əlində saxlayan, 2013-cü ildə yaradılmış Fransa menecer (agent) şirkətidir.
Üstəlik, bu şirkətin müştəriləri arasında Elvin tək azərbaycanlı futbolçu deyil.
"Qarabağ"dan Nəriman Axundzadə, Toral Bayramov, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Bədəvi Hüseynov, "Zirə"də çıxış edən "Qarabağ"ın sabiq dayaq yarımmüdafiəçisi İsmayıl İbrahimli, eləcə də hazırda klubsuz olan Mirsahib Abbasov müştərilər arasındadır.
Azərbaycan çempionatında çıxış edən legionerlərdən "Zirə"nin konqoəsilli almaniyalı sol cinah vingeri Leroy Mikels, "Şamaxı"nın Tanzaniya millisində çıxış edən dayaq yarımmüdafiəçisi Alfons Msanqa və "Sumqayıt"ın yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Masaki Murata da transfer hüquqlarını FLM-ə etibar ediblər.
Həmçinin 2023/24 mövsümündə "Qarabağ"da çıxış etmiş seneqaləsilli fransalı mərkəz yarımmüdafiəçisi Adama Diakabi, 2023-2025-ci illərdə "Sabah" və "Zirə" ilə müqavilə bağlamış lüksemburqlu sağ cinah vingeri Vensan Till, elə həmin illərdə "Neftçi"də oynamış fransalı sol cinah vingeri Kilan Lebon da bu müştərilər arasındadır.