Elvin Cəfərquliyevi Sent Etyen istəyə bilərmi? Oyunçunun menecer hüquqları Fransa şirkətindədir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Bu ayın 11-də Fransa mətbuatı Elvin Cəfərquliyevin "Sent-Etyen"ə mümkün keçidi ilə bağlı xəbər tirajlayıb.
Oxu.Az xəbər verir ki, Prosport.az bu xəbərin əsassız olmadığını üzə çıxarıb.
Məsələ burasındadır ki, 25 yaşlı sol cinah müdafiəçisinin menecer hüquqları FLM (Football Life Management) şirkətindədir. FLM isə Lüksemburqda fəaliyyət göstərən və 34 futbolçunun transfer hüquqlarını əlində saxlayan, 2013-cü ildə yaradılmış Fransa menecer (agent) şirkətidir.
Üstəlik, bu şirkətin müştəriləri arasında Elvin tək azərbaycanlı futbolçu deyil. "Qarabağ"dan Nəriman Axundzadə, Toral Bayramov, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Bədəvi Hüseynov, "Zirə"də çıxış edən "Qarabağ"ın sabiq dayaq yarımmüdafiəçisi İsmayıl İbrahimli, eləcə də hazırda klubsuz olan Mirsahib Abbasov müştərilər arasındadır.
Azərbaycan çempionatında çıxış edən legionerlərdən "Zirə"nin konqoəsilli almaniyalı sol cinah vingeri Leroy Mikels, "Şamaxı"nın Tanzaniya millisində çıxış edən dayaq yarımmüdafiəçisi Alfons Msanqa və "Sumqayıt"ın yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Masaki Murata da transfer hüquqlarını FLM-ə etibar ediblər.
Həmçinin 2023/24 mövsümündə "Qarabağ"da çıxış etmiş seneqaləsilli fransalı mərkəz yarımmüdafiəçisi Adama Diakabi, 2023-2025-ci illərdə "Sabah" və "Zirə" ilə müqavilə bağlamış lüksemburqlu sağ cinah vingeri Vensan Till, elə həmin illərdə "Neftçi"də oynamış fransalı sol cinah vingeri Kilan Lebon da bu müştərilər arasındadır. İlk 2 futbolçu hazırda Almaniyanın 3-cü Liqa klubu (II divizion) olan "Valdhof"da, Lebon isə Cənubi Koreyanın I divizion klubu olan "Çonnam Draqonz"da oynayır. 2019/20 mövsümündə "Zirə"də oynamış milliyyətcə ərəb olan fransalı mərkəz yarımmüdafiəçi Şafik Tiqruca da buradadır.
Bunların arasında Nəriman Axundzadə "Qarabağ"ın heyətində ən çox meydana çıxan hücumçulardan olduğu üçün ən bahalı futbolçu sayılır. "Transfermarkt"a görə, 21 yaşlı futbolçunun transfer dəyəri hazırda 2,50 milyon avrodur. Elvin Cəfərquliyev isə bu sırada 3-cüdür və transfer dəyəri 1,50 milyon avro ilə ölçülür.
Bu şirkət mütəmadi olaraq öz müştərilərinin milliyə çağırılması barədə "Instagram" hesablarında paylaşımlar edir.
Onu da bildirək ki, "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Prosport.az-a açıqlamasında Elvin Cəfərquliyevə görə "Sent-Etyen"dən rəsmi təklif almadıqlarını bildirib. Buradan belə aydın olur ki, ya menecer şirkəti Elvinin adının Fransa klubu ilə çəkilməsində maraqlıdır, bu səbəbdən mətbuata belə xəbər sızdırılıb, ya da od olmayan yerdən tüstü çıxmaz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















