futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXXIV turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb… – Bilirdik ki, bizi ağır oyun gözləyir.
Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm.
İdman xoşbəxtliyi bizdən yan keçdi. – Mənə görə “Səbail”in Premyer Liqadan düşməsinin günahkarı siz olmasaz da, məşqçi kimi sizə yazılacaq.
Birinci liqada işləyib, yenidən komandanı Premyer Liqaya qaytarmaq istəyəcəksiz? – Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm.
Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi.
Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?