Icma.az
close
up
RU
Elvin Məmmədov: “Ağır yükü mənə verdilər”

Elvin Məmmədov: “Ağır yükü mənə verdilər”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb…

– Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi.

– Mənə görə “Səbail”in Premyer Liqadan düşməsinin günahkarı siz olmasaz da, məşqçi kimi sizə yazılacaq. Birinci liqada işləyib, yenidən komandanı Premyer Liqaya qaytarmaq istəyəcəksiz?
– Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?

– Komandanın yüksək liqadan düşməsi baş məşqçiyə psixoloji zərbə vurur. Bu baryeri aşmaq çətin olacaq, yoxsa hazır idiz?
– Biz də mental cəhətdən dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə travma olsun? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər də var idi.

– Klub rəhbərləri yerli gənclərə güvənmirlər…
– Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, nə gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik.

– Mövsümün əvvəlində gəlsəydiz, yenə də “Səbail” aşağı liqaya düşərdi?
– Bu sualı mənə çox verdilər. Mən özüm haqda böyük-böyük danışmaq istəmirəm. Zaman keçib. Bəlkə mən olsaydım, bundan da betər olardı. Ya da daha yaxşı şeylər olardı.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri