Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır. Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov Apasport.az saytına müsahibə
- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsən, yığmamız bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?
- Hər şeydən əvvəl millimizə uğurlar arzu edirəm. İnanıram ki, komandamız Azərbaycan xalqını qələbə ilə sevindirər.
Yığma komandamıza inanmalıyıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Daha çox müzakirə olunan mövzu odur ki, legioner limitinin ləğvindən sonra yerli futbolçulara çox da şans verilmir.
Məhz bu məqam millinin nəticələrinə təsir edə bilər? - Əlbəttə ki, təsiri olacaq.
Hər bir futbolçumuz oyun praktikasından əziyyət çəkəcəksə, bu da millimizin oyununa da biruzə verəcək.
İstənilən halda, yaxşı olacağına inanıram. - Səncə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər?