Icma.az
close
up
RU
Elvin Məmmədov: Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox

Elvin Məmmədov: Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsən, yığmamız bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?
- Hər şeydən əvvəl millimizə uğurlar arzu edirəm. İnanıram ki, komandamız Azərbaycan xalqını qələbə ilə sevindirər. Yığma komandamıza inanmalıyıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Daha çox müzakirə olunan mövzu odur ki, legioner limitinin ləğvindən sonra yerli futbolçulara çox da şans verilmir. Məhz bu məqam millinin nəticələrinə təsir edə bilər?
- Əlbəttə ki, təsiri olacaq. Hər bir futbolçumuz oyun praktikasından əziyyət çəkəcəksə, bu da millimizin oyununa da biruzə verəcək. İstənilən halda, yaxşı olacağına inanıram.

- Səncə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər? Yoxsa, istənilən halda ona güvənməyə davam etmək lazımdır?
- Bu mövzuda rəhbərlik daha yaxşısını bilir. Yəni, davamı olacaq, yoxsa gedəcək, məsələsinə rəhbərlik qərar verəcək.

- Santuşun milli üçün futbolçu seçimləri də hər dəfə, xüsusən də bu dəfə müzakirə edildi. Bu mövsüm yerlilər arasında daha çox oynayan Mehdi Cənnətovu dəvət etmədi, Xorvatiya liqasında çıxış edən Rüfət Abdullazadəyə dəvət göndərmədi. Səncə seçimlər ədalətli aparıldı?
- Hər baş məşqçinin seçimləri var. Bu da Fernandu Santuşun seçimidir. Amma Rüfət Abdullazadə milli komandamıza dəvət edilməli idi. Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox.

- Milli İslandiya və Ukrayna ilə ümumi iki matçdan neçə xal toplaya bilər və neçə xal yığsa, qənaətbəxşdir?
- Bizim hər bir xala ehtiyacımız var. Bu cür rəqiblərdən alınan xal və ya xallar daha dəyərli olacaq. Öncədən proqnoz vermək istəmirəm. Ümid edirəm ki, milli komandamız layiqli mübarizə aparacaq və hər şey yaxşı alınacaq.

“Difai”də yeni futbolçu “Şamaxı”dan yeni transfer Yumruq vurana 2, Ribeyroya 3 oyun cəza – HAKİMLƏRİN “NEFTÇİ” NİFRƏTİ Höccət Haqverdi "Sumqayıt"da - RƏSMİ “Neftçi” AFFA-nın qərarına şikayət ünvanlayıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri