Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdulla
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.
O, təcrübəli mütəxəssislə bununla bağlı danışıqlar apardığını bildirib: “Texniki idman şöbəsi ilə U-19-un məşqçilər korpusu arasında müqavilənin uzadılmaması barədə ilkin danışıqlar olub.
Mən də öz hesabatımı ötən gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirdim. Lakin son qərarı İK üzvləri verəcəklər.
Elxan Abdullayevin yığmadakı müqaviləsinin müddəti gələn il yanvarın 1-də başa çatacaq”.
54 yaşlı çalışdırıcı 2021-ci ildən U-19 yığmasına rəhbərlik edir.
Qeyd edək ki, daha əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyevlə də müqavilənin uzadılmayacağı açıqlanıb.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.