Elxan Abdullayev millidən yola salınır? İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev ilə yollar ayrıla bilər.
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.
O, təcrübəli mütəxəssislə bununla bağlı danışıqlar apardığını bildirib: “Texniki idman şöbəsi ilə U-19-un məşqçilər korpusu arasında müqavilənin uzadılmaması barədə ilkin danışıqlar olub. Mən də öz hesabatımı ötən gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirdim. Lakin son qərarı İK üzvləri verəcəklər. Elxan Abdullayevin yığmadakı müqaviləsinin müddəti gələn il yanvarın 1-də başa çatacaq”.
54 yaşlı çalışdırıcı 2021-ci ildən U-19 yığmasına rəhbərlik edir.
Qeyd edək ki, daha əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyevlə də müqavilənin uzadılmayacağı açıqlanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















