Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-də dünyasını dəyişib.
Bu gün ad günü olan aktrisanın məşhurlaşdığı “Vicdan haqqı” serialında tərəf müqabili olduğu aktyor Elxan Yunis “Unikal”a açıqlamasında bildirdi ki, o da bu barədə məlumatı az öncə çəkiliş zamanı alıb: “Biz ancaq çəkiliş meydançasında görüşürdük.
Bu dəqiqə soruşsanız, heç onun yaşını deyə bilmərəm. O serialdan sonra mən də, o da ayrı-ayrı yerlərdə çəkilişlərdə olmuşuq, heç bir əlaqəmi
Xəbəri az öncə eşitdim. Rəhmətə gedibsə, çox heyf! Həqiqətən çox pis oldum.
Allah rəhmət eləsin!” Aktyor Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı verilən suala da cavab verib: “Bir dəfə eşitməmişəm o desin ki, xəstəyəm, ağrıyıram və s.
Həmin vaxtlar elə bir şey yox idi. Xəstə olsaydı, çəkilişlərə gəlməzdi. Mən xəstə olsaydım, bu barədə tərəf müqabilimə deməzdim axı.
Yəqin o da deməzdi”. Aktrisa Sonaxanım Əliyeva isə bildirdi ki, Çimnaz Sultanova ilə yaxın əlaqələri olub: “Daim dostluq münasibətlərimiz ol