Icma.az
close
up
RU
Elxan Yunis Çimnazın ölümündən danışdı: “Rəhmətə gedibsə, çox heyf!” Yeni Çağ Media

Elxan Yunis Çimnazın ölümündən danışdı: “Rəhmətə gedibsə, çox heyf!” Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-də dünyasını dəyişib.

Bu gün ad günü olan aktrisanın məşhurlaşdığı “Vicdan haqqı” serialında tərəf müqabili olduğu aktyor Elxan Yunis “Unikal”a açıqlamasında bildirdi ki, o da bu barədə məlumatı az öncə çəkiliş zamanı alıb:

“Biz ancaq çəkiliş meydançasında görüşürdük. Bu dəqiqə soruşsanız, heç onun yaşını deyə bilmərəm. O serialdan sonra mən də, o da ayrı-ayrı yerlərdə çəkilişlərdə olmuşuq, heç bir əlaqəmiz olmayıb. Xəbəri az öncə eşitdim. Rəhmətə gedibsə, çox heyf! Həqiqətən çox pis oldum. Allah rəhmət eləsin!”

Aktyor Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı verilən suala da cavab verib: “Bir dəfə eşitməmişəm o desin ki, xəstəyəm, ağrıyıram və s. Həmin vaxtlar elə bir şey yox idi. Xəstə olsaydı, çəkilişlərə gəlməzdi. Mən xəstə olsaydım, bu barədə tərəf müqabilimə deməzdim axı. Yəqin o da deməzdi”.

Aktrisa Sonaxanım Əliyeva isə bildirdi ki, Çimnaz Sultanova ilə yaxın əlaqələri olub: “Daim dostluq münasibətlərimiz olub. Mən onun heç bir xəstəliyi haqqında eşitməmişəm, heç özü də şikayətlənməyib.

Mən inanmaq istəmirəm ki, ona nəsə olub. Çünki o, həmişə həyat eşqi ilə yaşayıb, həyat dolu bir xanım olub.

Sonuncu dəfə bir neçə ay əvvəl əlaqə saxlamışıq. Novxanıda bağ evinə köçmüşdü, mənim də serial çəkilişlərim var. Ona görə başımız biraz qarışıq idi. Bildiyiniz kimi, bu gün həm də onun ad günüdür”.

Aktrisa həmçinin qeyd edib ki, Ç.Sultanova dostlarına belə öz yaşını açıqlamayıb: “Heç birimizə deməyib. Bu günə qədər onun şəxsiyyət vəsiqəsini belə görə bilməmişik.

O, oğlunu Almaniyaya göndərmişdi, atası ilə Almaniyada yaşayır. O, oğlu ilə nəfəs alırdı. Ona görə Çimnaz Almaniyaya gedib-gəlirdi”.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Yanvar 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri