Em lərin əsri: Robotların hakim olduğu gələcək cəmiyyətə baxış | Icma.az
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Texnologiyanın təxəyyülü qabaqladığı bir dövrdə insan nə qədər insan olaraq mövcud ola bilər?
Bu sual Robin Hansonun "The Age of Em: Work, Love and Life when Robots Rule the Earth" ("Em-lərin əsri: Robotların yer üzünə hakim olduğu zaman iş, sevgi və həyat") adlı qeyri-adi kitabında (2016) cavab axtardığı mərkəzi mövzudur.
Hanson bizi adi süni intellekt ssenarilərindən uzaqlaşdıraraq tamamilə fərqli bir gələcəyin – "Em"lərin hökm sürdüyü dünyanın – qapısını açır.
Beynin klonlanması və "Em"lərin doğuşu "Em" termini "emulation" – yəni təqlid və ya simulyasiya sözündən yaranıb.
Bu ssenaridə texnologiya insan beynini o qədər dəqiqliklə skan edə bilir ki, həmin məlumat əsasında rəqəmsal bir "insan" yaratmaq mümkündür.
Bu rəqəmsal varlıqlar – "Em"lər – insanların xatirələrinə, şəxsiyyətinə və düşüncə sisteminə sahibdir.
Onlar kompüter sistemlərində işləyir, yaşayır və bir növ ölümsüzlük qazanmış olurlar. Bu, artıq insana bənzəyən robot deyil.
Tam oxu
Xəbəri oxu