ƏMAS da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

13.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əvvəlki iş yerlərinə dair arayışın əldə olunması funksionallığı yaradılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni funksionallıq vasitəsilə işçilər əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları əks etdirən arayışı elektron qaydada əldə edə bilərlər.

Arayışı əldə etmək üçün ƏMAS-ın “Arayışların əldə edilməsi” bölməsində müvafiq arayış növünü seçmək kifayətdir.

Yenilik vətəndaşların əvvəlki əmək fəaliyyətlərinə dair məlumatları elektron mühitdə daha əlçatan edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью