ƏMAS da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 13 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əvvəlki iş yerlərinə dair arayışın əldə olunması funksionallığı yaradılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni funksionallıq vasitəsilə işçilər əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları əks etdirən arayışı elektron qaydada əldə edə bilərlər.
Arayışı əldə etmək üçün ƏMAS-ın “Arayışların əldə edilməsi” bölməsində müvafiq arayış növünü seçmək kifayətdir.
Yenilik vətəndaşların əvvəlki əmək fəaliyyətlərinə dair məlumatları elektron mühitdə daha əlçatan edir.
Bu mövzuda digər xəbərlər:Məhkumluq haqqında arayışı ƏMAS elektron sistemindən əldə etmək mümkündür
29 Noyabr 2024 12:23
DƏMX: Məhkumluq haqqında arayışı ƏMAS elektron sistemindən əldə etmək mümkündür AZƏRTAC
29 Noyabr 2024 12:10
Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib
22 Yanvar 2026 12:41
İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi
07 Sentyabr 2026 12:19
Baxış sayı:63
Bu xəbər 13 Oktyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















