Əmək kitabçasında ancaq bir ünvan olan Xalq artisti ilə 87 yaşın SÖHBƏTİ | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Dünən sevimli aktyor Rafiq Əzimovun doğum günü idi.
Azərbaycan teatr, kino sənətində yaddaqalan obrazları canlandıran Xalq artistinin 87 yaşı tamam olub.
“Cebheinfo.az” doğum günü münasibətilə Rafiq Əzimov ilə əlaqə saxlayaraq sənətkarı yeni yaşı münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni sənət uğurları arzulayıb.
Xalq artisti bildirib ki, bu dəfə doğum günündə həmişəkindən daha çox təbrik alıb: “Doğum günüm münasibətilə çox yerdən zənglər oldu.
Ən birinci doğma teatrımdan və rəhbərliyindən təbrik gəldi. Daha sonra ayrı-ayrı aktyorlarımızdan, tanıdığım və tanımadığım şəxslərdən təbri
Teatr xadimlərindən gözəl sözlər eşitdim. Yəni bunların sayı çoxdur. Amma bu dəfə həmişəkindən daha artıq təbrik aldım.
Heç gözləmədiyim məkanlar və tanımadığım adamlar məni təbrik etdi. Xeyli zənglər gəldi və hələ indiyə kimi davam edir.
Dövlət səviyyəsində təbriklər yubiley vaxtı olub. Amma belə təbriklər hiss olunurdu”.
Tam oxu
Xəbəri oxu