Icma.az
close
up
RU
Əmək kitabçasında ancaq bir ünvan olan Xalq artisti ilə 87 yaşın SÖHBƏTİ

Əmək kitabçasında ancaq bir ünvan olan Xalq artisti ilə 87 yaşın SÖHBƏTİ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünən sevimli aktyor Rafiq Əzimovun doğum günü idi. Azərbaycan teatr, kino sənətində yaddaqalan obrazları canlandıran Xalq artistinin 87 yaşı tamam olub. 

“Cebheinfo.az” doğum günü münasibətilə Rafiq Əzimov ilə əlaqə saxlayaraq sənətkarı yeni yaşı münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni sənət uğurları arzulayıb. 

Xalq artisti bildirib ki, bu dəfə doğum günündə həmişəkindən daha çox təbrik alıb:

“Doğum günüm münasibətilə çox yerdən zənglər oldu. Ən birinci doğma teatrımdan və rəhbərliyindən təbrik gəldi. Daha sonra ayrı-ayrı aktyorlarımızdan, tanıdığım və tanımadığım şəxslərdən təbriklər aldım. Teatr xadimlərindən gözəl sözlər eşitdim. Yəni bunların sayı çoxdur. 

Amma bu dəfə həmişəkindən daha artıq təbrik aldım. Heç gözləmədiyim məkanlar və tanımadığım adamlar məni təbrik etdi. Xeyli zənglər gəldi və hələ indiyə kimi davam edir. Dövlət səviyyəsində təbriklər yubiley vaxtı olub. Amma belə təbriklər hiss olunurdu”. 


Sənətkar budəfəki doğum gününü xəstə keçirdiyini bildirib:

“Doğum günümü xəstə keçirdim. Çünki qripləmişdim. Elə indi də zəng edirlər, müxtəlif yerlərdən çağırırlar. Deyirəm ki, həkim belə vəziyyətdə evdən çıxmağa icazə vermir. Yəni doğum günümü belə keçirdim. Ona görə sabahkı tamaşamda məni dublyor əvəz edəcək”. 

Rafiq Əzimov əmək kitabçasında sadəcə bir ünvan qeyd olunan yeganə aktyor olduğunu vurğulayıb:

“60 ildən artıqdır ki, bir teatrda, Milli Akademik Dram Teatrında fasiləsiz olaraq çalışıram. 1962-ci ildən ora təyinat almışam. Yeganə aktyoram ki, əmək kitabçamda sadəcə bir ünvan var. 

Repertuarda da “Xurşidbanu Natavan”, “Ölülər” əsəri, “Qarabağnamə”, “Dəli Yığıncağı”dır. Sabah “Qarabağnamə”də dublyorum oynayacaq. Növbəti hazırlanacaq tamaşalarda da yəqin ki, varam”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri